MƏDƏNİ
A- A A+

“Ağdamda nəyim qaldı” romanı çapdan çıxıb

2019-09-05 09:45:03

.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin 2015-ci ildən hissə-hissə təkrar dərc edilən “Ağdamda nəyim qaldı” avtobioqrafik romanı “Qanun” nəşriyyatında çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a müəllifin özü məlumat verib.

Kitabın ön sözünün müəllifi Rəşad Məciddir.

“Meydan”, “Ölü doğan şəhər”, “Axirətdən qabaq gəzinti”, “Sonalar gölü”, “Haram” kimi romanların və onlarla hekayənin müəllifi Əli Əmirli dramaturgiya ilə məşğul olduğu otuz illik fasilədən sonra yenidən nəsrə qayıdaraq “ruhlar şəhərinə” çevrilmiş Ağdamın ötən əsrin 50-60-cı illərindəki mənzərəsini təsvir edərək xatirələrində canlandırıb. Roman dərc edildiyi gündən böyük oxucu rəğbəti qazanıb və mütəxəssislərin yüksək qiymətini alıb.

“Son oxuduğum bədii nümunələrdən Əli Əmirlinin “Ağdamda nəyim qaldı” avtobioqrafik romanının adını çəkə bilərəm. Çox həyati, canlı, deyərdim ki, olduqca təbii, insanın hiss və duyğularını ehtizaza gətirən, onu daxilən silkələyən, yerindən oynadan əsərdir. Az qala hər sətrindən yazıçının mövzuya hakimliyi, dərin səmimiyyəti, bəzən naturalizmə varacaq müşahidə dərinliyi və qüdrəti hiss edilir. İstər dil, istər personajlar, situasiyalar o qədər təbii, o qədər həyatidir ki, uşaqlıq dövrü, ötən əsrin 60-cı illərində Azərbaycanın rayon mərkəzlərində keçən hər bir kəs burada özünün, yaxud dostlarının, tanışlarının həyatından epizodlar görə bilər. Hadisələrin ölkəmizin ən koloritli guşələrindən biri olan Ağdamda cərəyan etməsi isə, romana ayrı ruh, ayrı ahəng verir... Mənim fikrimcə, bu romanı tərəddüdsüz bizim günlərin Azərbaycan nəsrinin uğurlarından saymaq mümkündür”. Kitabın üz qabığının dördüncü səhifəsində yer alan bu sözlərin müəllifi ölkəmizin Macarıstandakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevdir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 421

QHT və MEDİA

2020-02-26 15:55:37

QHT və MEDİA
Hikmət Şikarov: “Xocalı soyqırımı bütün...
Hikmət Şikarov: “Xocalı soyqırımı bütün...

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olar...

2020-02-26 15:30:53

QHT və MEDİA
Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçq...
Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçq...

Bu gün Azərbaycan xalqı bəşəriyyətin ən qanlı hadisəsi, insanlığa qarşı törəd...

CƏMİYYƏT

2020-02-24 11:15:00

CƏMİYYƏT
Regionu təhdid edən əməllərinin qarşısı ...
Regionu təhdid edən əməllərinin qarşısı ...

Son bir neçə ildə bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimlə...

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...