SOSİAL
A- A A+

Şəhidlərin xatirə abidəsinin açılışı olub

2019-09-05 07:20:07

.

Beyləqan rayonunun Qəhrəmanlı kəndində bölgənin müdafiəsində dayanan Azərbaycan Ordusu hərbçilərinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə abidə ucaldılıb.

Təntənəli mərasimi Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani açaraq bildirib ki, Vətən uğrunda canından keçən oğulların xatirəsi həmişə əziz tutulur. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan gənclərinin respublika toplantısında demişdi: “Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

General-mayor Mayis Bərxudarov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Böyük Vətən müharibəsi veteranı Yusif Mərdanov, şəhid Orxan Quliyevin anası Minayə xanım Quliyeva və başqaları çıxış edərək dövlətimizin başçısına, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 158

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...