QHT və MEDİA
A- A A+

Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib

2019-08-22 09:55:34

.

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaqoqu olan Nessah Sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbirdə 800-dən çox yəhudi iştirak edib. Sinaqoqun dəvəti ilə Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri), Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib. Bu barədə AZƏRTAC-a Baş Konsulluqdan məlumat verilib.

Sinaqoqun baş ravvini Devid Şofet Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının çox təqdirəlayiq hal olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə təşəkkürünü çatdırıb. Ravvin Şofet nə tarixboyu, nə də bu gün hər hansı anti-semitizmin olmadığı Azərbaycanı bütün yəhudilərin dostu adlandırıb.

Baş konsul N.Ağayev çıxışında Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi məkan, müstəqillik tarixi, sosial-iqtisadi inkişafı, uğurlu xarici siyasəti, multikulturalizm və tolerantlıq ənənələri, eləcə də Azərbaycan yəhudilərinin tarixi barədə ətraflı məlumat verib. O, xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib. Multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirildiyini söyləyən diplomat, Azərbaycan multikulturalizminin bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.

Bundan başqa, N.Ağayev Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrinin qurulduğunu və bu əlaqələrin müxtəlif sahələrdə ilbəil daha da genişləndiyini bildirib.

Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Los-Anceles İran və İsraildən kənarda ən çox İran yəhudisinin yaşadığı şəhərdir. Burada 60 minədək İran yəhudisi yaşayır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 151

QHT və MEDİA

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

2019-09-13 08:15:56

QHT və MEDİA
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...

Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...

2019-09-07 08:05:53

İQTİSADİ
Strateji yol xəritələrinin icra vəziyyət...
Strateji yol xəritələrinin icra vəziyyət...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji yo...