QHT və MEDİA
A- A A+

Bolqarıstan deputatlarının Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa zidd addımdır

2019-08-08 12:50:58

.

Bolqarıstan parlamentinin deputatları Valeri Simeonov və İordan Apostolovun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etmələri və oradakı qondarma rejimin nümayəndələri ilə görüşmələri birbaşa beynəlxalq hüquq pozuntusudur. Çünki Dağlıq Qarabağdakı qondarma rejimi dünyanın heç bir dövləti tanımır, hətta işğalçı Ermənistanın özü belə tanıya bilməyib.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, NATO-nun, Avropa İttifaqının üzvü olan Bolqarıstan kimi bir dövlətin deputatlarının belə bir addım atması eyni zamanda qondarma rejimi legitimləşdirmək cəhdi kimi də qiymətləndirilməlidir:

“Belə addımlar, əslində, Avropa İttifaqı, NATO üzvü olan dövlətlərin beynəlxalq arenada davranışları ilə bağlı üzərinə götürdükləri öhdəliklərə tamamilə ziddir və hesab edirəm ki, belə səfərlərə onların şəxsi arzuları, fərdi səfərləri kimi yanaşmalar qəbuledilməzdir. Bəzən, belə halların şahidi oluruq ki, müvafiq dövlətlərin yüksək rütbəli təmsilçiləri Dağlıq Qarabağa analoji səfərlər etdikdən sonra onların rəhbərləri vəziyyətdən çıxmaq üçün belə ifadələr işlədirlər ki, guya bu səfər dövlətin mövqeyi ilə üst-üstə düşmür, bu, onların şəxsi səfəridir və s. Bu kimi yanaşmalar kökündən yanlışdır.

Xüsusilə, nəzərə alsaq ki, Bolqarıstandan olan bu iki deputatın Dağlıq Qarabağa səfəri zamanı qondarma rejimin qondarma “parlamenti”nin qondarma “spikeri” ilə danışıqlar aparması ümumiyyətlə bir daha nümayiş etdirir ki, bu addım əslində separatçı rejimə legitimlik gətirmək əlamətidir”.

Deputat bildirib ki, belə hallarda Azərbaycan Xarici İşlər Nazirliyi həmin şəxsləri “persona non-qrant” şəxslər elan edir və özünün “arzuolunmaz şəxslər” siyahısına daxil edir:

“Nəzərə alın ki, Bolqarıstanla Azərbaycan arasında münasibtlər kifayət qədər inkişaf edib, Bolqarıstan da Cənub Qaz Dəhlizi layihəsinin əsas tərəfdaşlarından biridir və bu ölkənin Baş naziri Azərbaycana səfər edərkən dövlət başçısı cənab İlham Əliyevdən Bolqarıstana bir milyard kubmetr qaz verilməsini xahiş etmişdi. Yəni bütün bunlar onu göstərir ki, Bolqarıstan-Azərbaycan münasibətləri kifayət qədər inkişaf etmiş səviyyədədir. Lakin belə hallar təbii ki, münasibətlərimizə kölgə salır. Ona görə də hesab edirəm ki, həmin deputatların Bolqarıstanın mili dövlətçilik maraqlarına zidd addımlarına hüquqi müstəvidə qiymət veriləcək”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 330

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...