QHT və MEDİA
A- A A+

Fərid Şəfiyev: Azərbaycanla bağlı elmi araşdırmaların kəmiyyətini və keyfiyyətini artırmaq niyyətindəyik

2019-08-03 09:25:52

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi mətbuat konfransı keçirib

Mətbuat konfransında çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun fəaliyyəti barədə məlumat verərək deyib: “Mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 6 fevral tarixli Fərmanı ilə yaradılıb. Ötən 5 ay ərzində mərkəzin fəaliyyəti ilə bağlı lazımi sənədləşmə işləri aparılıb və bu proses hələ də davam edir. Cari ilin aprelində Mərkəzin əsasnaməsi təsdiqlənib. İyulun 15-də isə büdcəmiz təsdiq olunub”.

Fərid Şəfiyev bildirib ki, Mərkəz üç əsas istiqamət üzrə fəaliyyət göstərəcək. “İlk növbədə, biz ölkə rəhbərliyi, dövlət qurumları üçün Ermənistan-Azərbaycan münaqişəsinə, ölkənin xarici siyasətindəki məsələlərə dair arayışlar, məruzələr tərtib edəcəyik. Bununla yanaşı, ikinci istiqamət kimi mətbuat, təhsil müəssisələri, ictimaiyyət üçün sözügedən mövzularla əlaqədar açıq istifadəsi nəzərdə tutulan şərhlərin və tədqiqatların hazırlanması həyata keçiriləcək. Üçüncü vacib istiqamət isə xaricdəki beyin mərkəzləri ilə əməkdaşlıqdır. Biz, həmçinin Azərbaycanla bağlı elmi araşdırmaların kəmiyyətini və keyfiyyətini artırmaq niyyətindəyik. Mərkəz gələcəkdə Azərbaycanla bağlı araşdırma aparacaq xarici alimlər üçün təqaüdlərin açılmasını nəzərdə tutur”,- deyə İdarə Heyətinin sədri vurğulayıb.

Fərid Şəfiyev bildirib ki, yaxın aylarda Mərkəzin yeni saytı fəaliyyətə başlayacaq və saytda təqaüd, staj, iş və könüllülük imkanları barədə məlumat veriləcək. O, mərkəzi açıq platformaya çevirmək niyyətində olduğunu əlavə edib. Onun sözlərinə görə, bu gündən etibarən Mərkəzin sosial şəbəkələrdə səhifələri fəaliyyətə başlayacaq, media və ictimaiyyətlə daha sıx işlənəcək.

İdarə Heyətinin sədri, həmçinin BMTM-in yeni loqosunu da media nümayəndələrinə təqdim edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 316

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...