CƏMİYYƏT
A- A A+

Elman Nəsirov: Bütün uğurlar Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin sayəsində qazanılıb

2019-08-01 20:20:53

.

Dünən Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirildi. Dövlətimizin başçısı müşavirədə altı ayın nəticələrinin kifayət qədər uğurlu olduğunu bildirərək, qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini söylədi. Prezident İlham Əliyev Azərbaycanda altı ay ərzində iqtisadiyyatın ayrı-ayrı sahələrində əldə olunmuş nəticələri diqqətə çatdırdı, xüsusilə sənaye, kənd təsərrüfatında qazanılmış uğurlardan bəhs etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov söyləyib.

Kənd təsərrüfatında qazanılmış uğurların məhz investisiyanın cəlb edilməsi, islahatların aparılması, subsidiyaların verilməsi, kənd təsərrüfatına elmi yanaşmanın ortaya qoyulması sayəsində əldə edildiyini vurğulayan Elman Nəsirov bildirib ki, altı ay ərzində Azərbaycanda iqtisadi artım 2,4 faiz, qeyri-neft sektorunda artım 3,2 faiz qeydə alınıb. Həmçinin kənd təsərrüfatında artım 13 faiz olub ki, bu artımın da 25 faizi məhz bitkiçilik sahəsi ilə bağlıdır. Atılan addımlar sayəsində Azərbaycan iqtisadiyyatına ötən dövr ərzində 6 milyard dollardan çox investisiya cəlb olunub. İnflyasiya 2,5 səviyyəsindədir. Əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bütün bu uğurlar Prezident İlham Əliyevin müəyyən etdiyi düzgün hədəflər, onları həyata keçirmək üçün yaradılmış mexanizmlər, strateji xətt sayəsində əldə edilib.

Deputat bildirib ki, ölkəmizin valyuta ehtiyatları 49 milyard dollar səviyyəsindədir. Bu, olduqca böyük nəticədir. Altı ay ərzində Azərbaycanın valyuta ehtiyatlarının 4 milyard dollar artması onu göstərir ki, artıq iqtisadi islahatlar real nəticələr verməkdədir. Bu nəticələr, ilk növbədə, ixracyönümlü iqtisadiyyatda öz əksini tapır. Prezident İlham Əliyev qeyd edib ki, ötən müddət ərzində ticarət dövriyyəmiz 20 faizdən çox, qeyri-neft ixracı isə 15 faiz artıb. Bu, çox gözəl nəticələrdir. Dövlətimizin başçısı vurğulayıb ki, əldə etdiyimiz iqtisadi nailiyyətlər xarici borclarımızı geri qaytarmaq üçün unikal imkanlar yaradır. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faizdir.

“Əlbəttə ki, bu uğurlar Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində qazanılıb və məqsəd Azərbaycan xalqının sosial rifahının daha da yüksəldilməsidir. Bu məsələni də Prezident İlham Əliyev öz çıxışında diqqət mərkəzində saxlayıb və qeyd edib ki, ciddi sosial islahatlar paketi həyata keçirilir. Birinci və ikinci paketin həyata keçirilməsi 4 milyondan çox insanı əhatə edir. Hər iki paketin ümumi dəyəri bu il üçün 2,3 milyard manatdır, 2020-ci il üçün isə 3 milyard manat olacaq və 4,2 milyon insanı əhatə edəcək”, - deyə deputat bildirib.

E.Nəsirov deyib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahının dayandığı hər kəsə bəllidir. Son altı ay ərzində də bu istiqamətdə çox ciddi addımlar atılıb. Minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Bundan başqa, xüsusi həssas təbəqədə olan insanların müavinətləri və təqaüdləri artıb, eyni zamanda, tələbələrin, əlillərin təqaüdləri artırılıb. Bütövlükdə 4,2 milyon Azərbaycan vətəndaşı bu artımı öz üzərində hiss edir, onların sosial vəziyyəti daha da güclənir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 553

QHT və MEDİA

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...