QHT və MEDİA
A- A A+

Argentinalı jurnalist Xalid Ayar: Azərbaycan möhtəşəm ölkədir

2019-08-01 07:25:27

.

Argentina Dövlət Televiziyasında yayımlanan “El Calamo” mədəni proqramının prodüseri və aparıcısı Xalid Ayar Azərbaycana səfəri barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Jurnalist Azərbaycana ilk dəfə səfər etdiyini, xalqımızın qonaqpərvərliyinin, zəngin mədəniyyətimizin onda dərin təəssüratlar yaratdığını, bu səfərin davamlı olacağına ümid etdiyini bildirib. Qonaq azərbaycanlılarla argentinalılar arasında bir bənzərlik gördüyünü də qeyd edib - insanların üzündə xüsusi bir gülümsəmə, kömək istədiyin təqdirdə əllərindən gələni etməyə hazır olduqlarını bildirən ifadə.

“Azərbaycan haqqında buraya gəlməmişdən əvvəl də məlumatım var idi. Bizim Azərbaycanın Argentinadakı səfirliyi ilə yaxşı əlaqələrimiz var. Beşgünlük səfərim zamanı Bakıda diqqətimi çəkən əsas məqamlardan biri də şəhərin çox təmiz, hər şeyin çox səliqəli olmasıdır. Bu, inkişafın göstəricilərindən biridir. Daha bir məqam isə burada bütün dinlərə, millətlərə hörmətlə yanaşılması, tolerantlıqdır. Müxtəlif millətlərin, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşamaları, dinlərarası dialoq mühiti mənim çox xoşuma gəldi. Mən bunu Argentinaya qayıdandan sonra xüsusi olaraq ictimaiyyətə çatdıracağam. Azərbaycan həqiqətən də çox gözəl, maraqlı bir ölkədir. Burada xeyli tarixi məkanlarda olduq. Bir sözlə, Azərbaycana gəlməyə, onun mədəniyyəti, tarixi, adət-ənənələri ilə tanış olmağa dəyər. Mən ölkəmə qayıdandan sonra televiziya kanalı ilə yanaşı, Youtube kanalı vasitəsilə də tamaşaçılara Azərbaycan, onun görməli yerləri ilə bağlı ətraflı məlumat verəcəyəm. Bundan başqa, onu da xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanda təhlükəsizlik çox yüksək səviyyədədir. Turistlər üçün hər şey çox təhlükəsiz və rahatdır. Bəzi ölkələrdə küçələrdə senzura və ya oğurluqlar səbəbindən kameranı açmağa, çəkiliş aparmağa icazə verilmir, lakin Azərbaycanda belə hallarla üzləşmədik. Burada biz çox sərbəst şəkildə işləyə bildik və bizə heç kəs mane olmadı, bu, mənim üçün çox vacibdir. Mən buraya uruqvaylı alim xanım Susana Manqana ilə birlikdə gəlmişəm. O, Azərbaycana üçüncü dəfədir səfər etdiyini, hər səfərində də onu yaxşı mənada təəccübləndirəcək bir şeylə qarşılaşdığını bildirdi. Ölkənizə bir daha səfər etmək istəyirəm və düşünürəm ki, mən də eyni vəziyyətlə qarşılaşacağam. Burada söhbət etdiyim hər bir insandan müsbət enerji aldım”, - deyə argentinalı jurnalist qeyd edib.

Azərbaycan ilə Argentina arasında informasiya sahəsində əməkdaşlıq barədə sualı cavablandıran qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. O, media nümayəndəsi kimi AZƏRTAC-ın fəaliyyəti ilə tanış olduğunu bildirib, agentliyin 8 dildə, o cümlədən ispan dilində xəbərlər yaymasının təqdirəlayiq olduğunu vurğulayıb. Jurnalist Argentinanın TELAM agentliyi ilə AZƏRTAC arasındakı əməkdaşlıq barədə məlumatlı olduğunu bildirərək qeyd edib ki, kütləvi informasiya vasitələrinin cəmiyyətdə çox mühüm yeri var, ölkələr arasında əlaqələrin inkişafında onlar böyük rol oynayır. Bu baxımdan TELAM ilə AZƏRTAC arasındakı əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etmək olar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 346

QHT və MEDİA

2020-04-10 09:50:16

QHT və MEDİA
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilə...

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-10 10:00:52

İQTİSADİ
Nazirlər Kabineti illik hesabatın yeni f...
Nazirlər Kabineti illik hesabatın yeni f...

Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesaba...

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...