SOSİAL
A- A A+

Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub

2019-07-24 09:30:36

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən “N” hərbi hissənin yaranma günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

Tədbirdə hərbi hissənin şəxsi heyəti, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbir açıq elan edildikdən sonra hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verilib. Qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub, şanlı səhifələr yazıb. Onlarla döyüşçü müxtəlif orden və medallarla təltif olunub.

Mərasimdə çıxış edənlər hərbi hissənin qazandığı uğurları yüksək qiymətləndirərək şəxsi heyəti təbrik edib və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə gücləndiyini, döyüş qabiliyyətini artırdığını vurğulayıblar. Onlar ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğuna əminliklərini ifadə ediblər.

Hərbi hissə komandirinin bayram əmri ilə bir qrup fərqlənən hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Bayram tədbiri Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Baş Mədəniyyət İdarəsinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramı ilə başa çatıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 286

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...