SOSİAL
A- A A+

"Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala" ikicildliyi işıq üzü görüb

2019-07-12 18:45:43

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala" adlı iki cildlik kollektiv monoqrafiya nəşr edilib

Kitabın hər iki cildi akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə işıq üzü görüb.

Monoqrafiyanın 2018-ci ildə çap olunmuş birinci cildi akademik İsa Həbibbəylinin "Ədəbiyyatın yüksək amalı və böyük borcu", "Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz" adlı yazıları ilə açılır. Akademik İsa Həbibbəylinin giriş məqaləsində qeyd etdiyi kimi, "İlk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunan "Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala" adlı kitabda ümumiyyətlə ədəbiyyatda, xüsusən də yazıçı və şairlərin yaradıcılığında görkəmli dövlət xadimi və böyük xilaskarın obrazının canlandırılması məsələlərindən bəhs edilir".

Birinci kitabda yer alan digər yazılar filologiya elmləri doktoru Elnarə Akimovanın "Poeziyada Heydər Əliyev idealı", AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı", filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovanın "Dahiyə layiq bədii-sənədli epopeya", filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının "Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu" və filologiya elmləri doktoru Əlizadə Əsgərlinin "Heydər Əliyevin ədəbi-filoloji portreti" araşdırmalarıdır.

İnstitutun Elmi Şurasının 12 aprel 2018-ci il tarixli qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur.

2019-cu ildə çap olunan "Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala" kitabının ikinci cildi Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişinin 50 illiyinə ithaf olunub.

Akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanan monoqrafiya institutun Elmi Şurasının 3 iyul 2019-cu il tarixli qərarı ilə çap olunub.

Monoqrafiyada akademik İsa Həbibbəyli "Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik", "İlham Əliyev erası", "Azərbaycan HeydərƏliyevşünaslığı: nailliyyətlər və vəzifələr" adlı üç sanballı tədqiqatla Ümummilli liderin tarixi və bədii obrazını yaratmışdır. Bu böyük şəxsiyyətin genişmiqyaslı fəaliyyətini dəyərləndirən akademik İsa Həbibbəyli yazır: "Görkəmli dövlət xadimi Heydər Əliyev haqqında deyilənlər və yazılanlar dünyanın ayrı-ayrı qitələrini və xalqlarını əhatə etdiyi üçün HeydərƏliyevşünaslıq beynəlxalq miqyaslı elmi təlimdir". Eyni zamanda, HeydərƏliyevşünaslığın Vətəninin və əsas mərkəzinin Azərbaycan Respublikası olduğunu vurğulayan akademik İsa Həbibbəyli qeyd edir ki, "Azərbaycan HeydərƏliyevşünaslığında ən geniş yer tutan mövzu ölkəmizin inkişafının Heydər Əliyev epoxasına həsr olunmuş araşdırmalardan ibarətdir". Xüsusilə diqqətə çatdırılır ki, "Heydər Əliyev epoxası anlayışı Ulu öndərin hakimiyyəti illəri ilə yanaşı, həm də müstəqil Azərbaycan dövlətinin müasir mərhələsini özündə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olan bu yeni mərhələ ölkəmizin tarixinə İlham Əliyev erası kimi daxil olmuşdur".

Ümumiyyətlə, kitabda Ümummilli liderin obrazı ilə yanaşı, Prezident İlham Əliyevin də obrazı əksini tapıb. Elnarə Akimovanın "Ulu öndər yolunun davamı və sabahı - İlham Əliyev" tədqiqatında həmin məsələ araşdırılıb. Bunlardan əlavə ikinci kitabda Tehran Əlişanoğlunun "Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat", Lalə Həsənovanın "Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)", Aygün Bağırlının "Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda", Əlizadə Əsgərlinin "Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası" kimi əhatəli yazıları da yer almışdır.

İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur.

Birinci cildi 400, ikinci cildi 332 səhifədən ibarət olan monoqrafiya "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb.


Kateqoriya : SOSİAL Baxış sayı : 228

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...