SİYASƏT
A- A A+

"Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda mövqeyimiz dəyişilməzdir"

2019-07-12 07:25:32

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) "Report"a verilən məlumata görə, E.Məmmədyarov Avropa Şurasının yeni Baş katibinin seçilməsi məsələsini qeyd edərək rəsmi Bakının təşkilatın yeni rəhbəri ilə işləməyə hazır olduğunu bildirib.

Bakıya səfəri çərçivəsində müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqəsinə baş çəkdiyini diqqətə çatdıran D.Miyatoviç səfər proqramının təşkili üçün Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

Azərbaycana səfərinin əsas məqsədlərindən birinin məcburi köçkünlərin insan hüquqları olduğunu qeyd edən Komissar, azərbaycanlı məcburi köçkünləri ilə görüşdüyünü bildirib və onların ləqaqətli yaşamaları üçün Azərbaycan Hökuməti tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.

Öz növbəsində, E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşlər, eləcə də substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barəsində məlumat verib.

Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq və narahatlıq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 334

QHT və MEDİA

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...