SOSİAL
A- A A+

GMIS-2019 SAMMİTİNİN ƏHƏMİYYƏTİ...

2019-07-09 21:45:22

Aleksander Şapiro Suliman: “Bu sammit BMT-nin himayəsi altında davamlı inkişaf məqsədlərinin irəliləməsi üçün qlobal platforma olacaq”

“Yüksək texnologiyaların inkişafı və geniş tətbiqi yeni sənaye inqilabının başlanğıcı deməkdir”

“GMIS-2019 sammitinin məqsədi yeni ideyalarla ekoloji cəhətdən səmərəli olan dizaynı birləşdirmək üçün təbiətin yaratdığı strategiya və sxemlərdən istifadənin zəruriliyini vurğulamaqdır”

Yəhudi əsilli ictimai–siyasi xadim, beynəlxalq münasibətlər üzrə ekspert, CIPDH – nin (Fransa Beynəlxalq İnsan Hüquqları Mühafizə Komitəsi) beynəlxalq əlaqələr üzrə sədri, AZER-İSRA Holdingin prezidenti, İSRA-AZER iş adamları birliyinin rəhbəri, "SAFADİ" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri, sülhməramlı səfir Aleksander Şapiro Suliman “Hürriyyət”ə açıqlamasında regionda baş verən bir sıra proseslərə toxunub. Əməkdaşımız ilk olaraq müsahibin bu ilin cari ayında Yekatrenbirqda (Rusiya) keçiriləcək GMIS-2019 sammiti ilə bağlı fikirlərini öyrənib.

Aleksander Şapiro Suliman bildirib ki, “Yekaterinburqda keçiriləcək GMIS-2019 sammiti BMT-nin himayəsi altında davamlı inkişaf məqsədlərinin irəliləməsi üçün qlobal platforma olacaq.

Xatırladaq ki, 2018-ci ildə Sankt–Peterburqda keçirilən 22-ci Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF) Rusiyanın 2019-cu ildə İstehsal və Sənayeləşmə üzrə Ümumdünya Zirvə Toplantısına (GMIS2019) ev sahibliyi edəcəyi elan edilmişdi.

İlk dəfə 1997-ci ildə keçirilən Peterburq İqtisadi Forumunun təşkilatçısı Rusiya Federasiya Şurası və MDB Parlamentlərarası Assambleyası olub.

Qeyd edək ki, 22-ci Peterburq Beynəlxalq İqtisadi Forumunda 100-dən çox ölkədən 15 minə yaxın nümayəndə iştirak edirdi, Azərbaycanı isə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edirdi.

Plenar iclasda Rusiyanın rəqabətədavamlı yerli malların ixracının genişləndirilməsinə hesablanan emaledici sənayedə yüksək məhsuldarlılığı olan sektorun yaradılmasına dair statistik vəzifəsini qeyd edən prezident Vladimir Putin qeyd etmişdi ki, bu konteksdə 2019-cu ilin iyulunda Yekaterenburqda keçiriləcək GMIS-2019 əlamətdar hadisədir.

“Forumun bütün iştirakçılarını Ural şəhərində keçiriləcək İstehsal və Sənayeləşmə üzrə İkinci Qlobal sammitində iştirak etməyə dəvət edirəm”,- deyə prezident bildirmişdi.

Həmsöhbətim xatırlatdı ki, Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində 2019-ci ilin 27 iyulunda Rusiya Federasiyasında gerçəkləşəcək. İstehsal və Sənayeləşmə üzrə (GMIS-2019) Olobal Sammitin hazırlanması və keçirilməsinin təmin edilməsi məsələləri ilə bağlı qarşılıqlı anlaşma Memorandumu imzalanıb.

Altıtərəfli memorandumun imzalanma mərasimində Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov, BƏƏ-nin energetika və sənaye naziri Züheyl Məhəmməd Fərəc Əl-Məzrui, BMT-nin sənaye inkişafı üzrə (YUNİDO) baş direktorunun muavini Hiroşi Kiniyoşi, İstehsal və Sənayeləşmə üzrə Qlobal Sammitin Təşkilat komitəsinin Sədri Bədr Əl-Оlama, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Roskongress Fondunun idarə heyətinin sədri və direktoru Aleksandr Stuglev iştirak edirdi.

GMIS-2019 Yekaterenburqda, 10-ci Beynəlxalq sənaye sərgisi ("İNNOPROM-2019”) çərçivəsində keçiriləcək. Dünyanın ən iri sənaye mərkəzlərindən biri olan Rusiyada reallaşacaq Sammitin mövzusu biomimetik dizayn və bioniklər kimi də tanınan təbiətə ziyan vurmayan texnologiyalar olacaq.

İnnovasiya həll yollarını tapmaq məqsədi ilə elmin təbiətə meydan oxuması bir sıra yeni vacib ixtiranın meydana gəlməsinə səbəb oldu. GMIS-2019 sammitinin məqsədi yeni ideyalarla ekoloji cəhətdən səmərəli olan dizaynı birləşdirmək üçün təbiətin yaratdığı strategiya və sxemlərdən istifadənin zəruriliyini vurğulamaqdır.

GMIS-in əsası Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (YUNIDO) tərəfindən qoyulub. Adıçəkilən sammit istehsalçılara, dövlətlərə, qeyri-hökumət təşkilatlarına, texnoloqlara və investorlara dördüncü sənaye inqilabı ərəfəsində dünya iqtisadiyyatının yenilənməsini təmin etmək üçün ümumi dil tapmaqda kömək edəcək.

Sözügedən sammit BMT tərəfindən müəyyən edilmiş davamlı inkişafa dəstək verməyi nəzərdə tutur.

İstehsal və Sənayeləşmə üzrə Qlobal Sammitdə Rusiyanın və beynəlxalq mətbuatın təxminən 500 nümayəndəsi də daxil olmaqla, 2000 nəfərə yaxın insan iştirak edəcək. GMİS-2019-da aparıcı ekspertlərin iştirakı dünya sənaye inkişafının yeni səviyyəsini müzakirə etməyə imkan yaradacaq.

Aleksander Şapiro Suliman qeyd etdi ki, Sammit təşkilatçıları sənaye istehsalı və texnoloji inkişaf sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş dialoqu səmərəli hesab edirlər: “22-ci Peterburq Beynəlxalq İqtisadi Forumunda GMİS-2019 biznes proqramına xüsusi diqqət yetirilmişdi. Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev sammitin işgüzar gündəminə 40-dan çox müxtəlif formatlı tədbirin daxil edildiyini bəyan etmişdi.

Ehtimal olunur ki, GMIS ilk günü, açılış mərasimi çərçivəsində, Rusiya və xarici dövlətlərin rəsmiləri çıxış edəcək, onların arasında RF Hökuməti Sədrinin müavini Dmitri Kozak, GMIS Təşkilat komitəsinin sədri Bədr Əl-Olama, Birləşmiş Millətlər Təşkilatının sənaye inkişafı üzrə (YUNİDO) baş direktoru Li Yonq, RF sənaye və ticarət naziri Denis Manturov da olacaq”.

Beynəlxalq münasibətlər üzrə tanınmış ekspert fikrinin davamı olaraq bunları söyləyib: "Müasir dünyada iqtisadiyyatın sənaye sektorunun inkişaf səviyyəsi ölkənin elmi-texniki potensialının və onun dünya iqtisadiyyatına təsir qüvvəsinin göstəricisidir.

Son on illiklər ərzində İnkişaf etməkdə olan ölkələrdə texnoloji tərəqqi və sənayedə əmək məhsuldarlığının artması nəticəsində iqtisadi inkişafın post-sənaye modelinə keçid baş verib.

Bu gün Rusiya milli iqtisadiyyatı keyfiyyətcə dəyişdirib yeniləmək gücündə olan inkişaf vektorunun seçimi qarşısındadır. Bu həqiqətən kifayət qədər məsuliyyətli bir seçimdir”.

Alim həmçinin bildirib ki, “Hazırda qlobal iqtisadi inkişaf tendensiyası yeni sənayeləşmə prosesinin sürətləndirilməsinə yönəlib, məqsəd isə yüksək texnologiyalı və intellektual istehsalın formalaşması və inkişafıdır. Bununla əlaqədar olaraq, Rusiya iqtisadiyyatının innovativ texnologiyaların geniş tətbiqi şəraitində sənaye istehsalının inkişafına əsaslanan yeni artım modeli aktuallaşır. Yüksək texnologiyaların inkişafı və geniş tətbiqi isə yeni sənaye inqilabının başlanğıcı deməkdir”.

Söhnbətin sonunda Azərbaycanın İstehsal və Sənayeləşmə üzrə Ümumdünya Zirvə Toplantısındakı (GMIS2019) iştirakına və sammitin Rusiya Azərbaycan iqtisadi əlaqələrinin inkişafına təsiri mövzusunda ictimai-siyasi xadim Aleksander Şapiro Suliman bunları söyləyib: “Müstəqil Azərbaycan ölkə prezidenti və müxtəlif sahələrin nazirləri səviyyəsində dünyada keçirilən bütün iqtisadi forumlarda iştirak edib. Şübhəsiz ki, bu ay keçiriləcək sözügedən sammitdə də Azərbaycan təmsil olunacaq”.

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org


Kateqoriya : SOSİAL Baxış sayı : 195

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...