2019-06-26 10:20:25 | MƏDƏNİYYƏT
“Türk dünyası” beşcildliyi qazax dilində

Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan parlamentinin deputatı, siyasi elmlər doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beşcildliyinin qazax dilində nəşrinin təqdimatı keçirilib

Təqdimat mərasimində Azərbaycan, ABŞ, Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan və digər ölkələrdən nüfuzlu alimlər, dövlət xadimləri və diplomatlar iştirak ediblər.

BTA prezidenti Darxan Kıdırali deyib ki, türk dünyasında türk sivilizasiyası, mədəniyyəti, elmi, dövlətçilik tarixi, hərb sənəti və s. haqqında əhatəli bir kitabın ərsəyə gəlməsi çox əhəmiyyətli hadisədir. Türk dünyası ilə bağlı əsas fakt, mövzu və problemləri əhatə etdən “Türk dünyası” beşcildliyi zəngin informasiya qaynağıdır. Nəşr müasir türk dünyası haqqında müfəssəl elmi mənzərə və təsəvvür formalaşdırır. Təhlil olunan bütün faktların, hadisə və proseslərin inkişaf qanunauyğunluqlarının, dinamikasının öyrənilməsi müasir humanitar elmlər üçün də aktuallıq kəsb edir. Kitabın ən önəmli cəhəti sadə, anlaşıqlı dildə olması, elmi-publisistik üslubda yazılmasıdır. Bu, nəşrin daha geniş kütlələrə xitab etməsinə imkan yaradır.

Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə olunan və nəfis tərtibatda işıq üzü görən kitab “Türk sivilizasiyasının təməl dəyərləri”, “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq” və “Türk dünyasının tarixi şəxsiyyətləri” adlı 5 cilddən ibarətdir.

Kitablarda türk sivilizasiyasının təməl dəyərləri, türk dilləri, türk tarixi və mədəniyyəti, diplomatiyası, həyat tərzi, adət-ənənələri, dünyagörüşü və türklərin müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. Eyni zamanda, digər cildlərdə türk etnocoğrafiyası, qədim türk boyları, türk dövlətləri və imperiyaları, müasir dövrdə türkdilli dövlətlərin təşkilatlanma və inteqrasiya prosesləri, türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, habelə türk dünyasının görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlarla tanış olmaq mümkündür.

Baxış sayı : 712
Milli QHT Forumunun rəhbərliyi döyüş bölgəsinə səfər edib 2020-10-01 09:20:13 Ermənistan siyasi-hərbi rəhbərliyinin yalanları “Hədəf”də müzakirəyə çıxarılıb 2020-10-01 08:20:22 DTX ermənilərin fəallığı ilə bağlı vətəndaşlara müraciət etdi 2020-10-01 07:40:43 Düşmənin məhv edilən döyüş texnikasının siyahısı 2020-10-01 07:20:21 Ermənistanın terrorçu qüvvələrdən Azərbaycana qarşı istifadəsinə reaksiya verilməlidir 2020-10-01 07:15:01 "Ermənistan dünyanın gözü qarşısında mülki şəxsləri hədəf alır" 2020-09-30 13:00:29 BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini təqdir edirik - Prezidentin köməkçisi 2020-09-30 12:35:55 Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib 2020-09-30 08:55:11 BMT Təhlükəsizlik Şurası iclas keçirib 2020-09-30 08:40:30 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 2020-09-30 06:55:59 Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb 2020-09-29 22:45:51 Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42