SOSİAL
A- A A+

Hikmət Şikarov: "UEFA Avropa Liqasının final oyunu ilə Azərbaycan növbəti yarışdan alnıaçıq çıxdı"

2019-05-30 18:20:29

Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın bu zaman kəsiyində idman sahəsində əldə etdiyi nailiyyətlər isə beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.

UEFA Avropa Liqasının final qarşılaşmasının ölkəmizdə keçirilməsi qərarının qəbul edilməsində isə əlbəttə ki, Azərbaycanın dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim etməsi xüsusi əhəmiyyət daşıyır. Bu final qarşılaşmasının Azərbaycana həvalə olunması regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitliklə yanaşı, ölkəmizin yürütdüyü idman siyasətinə verilən ən yüksək qiymətdir. Azərbaycanın digər mühüm uğuru isə ölkədə beynəlxalq yarışları bacarıqla təşkil etməsidir. Hər növ idman yarışlarının keçirilməsi üçün müvafiq idman qurğu və saraylarına, mehmanxana komplekslərinə, bütün növ nəqliyyat vasitələrinə və qonaq qarşılamaq mədəniyyətinə, unikal mətbəxə malik olan ölkəmizdə hamı həvəslə yarış keçirməyə çalışır.

Dünən Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının yüksək səviyyədə keçirilməsi və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması antimilli ünsürlərin qarayaxma kampaniyalarının heç bir əsası olmadığını və ölkəmizin növbəti beynəlxalq tədbirdən alnıaçıq çıxdığını təsdiqləmiş oldu.

Bu qarşılaşma eyni zamanda Azərbaycanın turizm potensialının inkişafında da xüsusi rol oynadı. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artdı. Turistlərin böyük əksəriyyəti Bakıya ilk dəfə gəlirdilər. Onlar gördülər ki, Bakı necə gözəl, necə inkişaf etmiş və təhlükəsiz şəhərdir.

Beynəlxalq tədbirlər dünyaya ölkənin səviyyəsini nümayiş etdirir. İstənilən beynəlxalq tədbirlər, həmçinin idman yarışları yeni dostların qazanılması deməkdir. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan dünyaya günəş tək doğacaq. Budur, Azərbaycan dünyaya şəfəq saçır və dinindən, irqindən asılı olmayaraq hər kəs bir müsəlman ölkəsində düzənlənən idman yarışına tamaşa etdi. Bu bizi qürurlandırır və xalqımıza böyük sevinc hissləri yaşadır.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : SOSİAL Baxış sayı : 684

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...