MƏDƏNİ
A- A A+

"Yüksəl, ey Azərbaycan" adlı musiqi albom

2019-05-30 08:30:22

Mayın 29-da Milli Konservatoriyada Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Express Bank”ın tərəfdaşlığı ilə hazırlanmış "Yüksəl, ey Azərbaycan" musiqi albomunun təqdimat mərasimi keçirilib.

Layihənin rəhbəri Prezident təqaüdçüsü, Milli Konservatoriyanın doktorantı, beynəlxalq festival laureatı Leyla Muradzadədir.

Təqdimatda çıxış edən layihə rəhbəri məlumat verib ki, albomda musiqi və qeyri-musiqi ixtisaslı kollektivlərin ifalarından ibarət 12 mahnı yer alıb. Burada Uşaq kapellası, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə xorları, 23 və 35 nömrəli musiqi məktəblərinin xor kollektivləri, eləcə də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi şagirdlərinin ifaları cəmlənib. Layihədə ümumilikdə 250-dək uşaq və gənc iştirak edib. Layihənin məqsədi uşaq və gənclər arasında xor musiqisini təbliğ etmək, onların kollektiv ifa bacarıqlarını inkişaf etdirmək, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyəsinə təsir göstərməkdir. Layihəyə musiqi potensialının üzə çıxarılması məqsədilə sağlamlıq məhdudiyyətli uşaqlar da cəlb olunub.

Leyla Muradzadə gənclərin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib: “Məhz bu diqqət və dəstək sayəsində gənclərin ideyaları reallaşır və onlar öz bacarıqlarını nümayiş etdirə bilirlər. Gənclər Fondunun gənclərin ideyalarına verdiyi dəstək onların böyük inamla irəli addımlamağına stimul yaradır. Xor birlik və bərabərlik anlayışının ən gözəl təcəssümüdür. Biz bu ənənəni yaşatmaq və inkişaf etdirmək arzusundayıq”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirib. O qeyd edib ki, hər bir bədii təhsil müəssisəsi xor dərnəklərinin yaradılmasında maraqlı olmalıdır.

Gənclər Fondunun şöbə müdiri Orxan Əkbərov, “Ekspress Bank”ın əməkdaşı Şəbnəm Hümbətova çıxışlarında layihənin gələcəkdə genişləndiriləcəyini diqqətə çatdırıblar.

Daha sonra albomda yer alan xor əsərləri səsləndirilib. Konsertin sonunda layihə üçün xüsusi hazırlanmış "Yüksəl, ey Azərbaycan" mahnısı Bakı Musiqi Akademiyası və 23 nömrəli musiqi məktəbinin birləşmiş xor kollektivi tərəfindən ifa edilib. Mahnının sözləri Anar Məmmədova, musiqisi Rəna Qədimovaya, aranjemanı isə Etibar Əsədliyə məxsusdur.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 601

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...