İQTİSADİ
A- A A+

"Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyin təminatında mühüm rol oynayır"

2019-05-30 07:25:17

.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgisi, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, “Cənub Qaz Dəhlizi” layihəsi və Azərbaycanda energetika sektorunda həyata keçirilən son tədbirlərlə bağlı müzakirələr aparılıb.

Nazirlikdən verilən məlumata görə, Kent Loqsdon “Cənub Qaz Dəhlizi” layihəsinin enerji təhlükəsizliyi və Balkanların enerji ilə təminatı baxımından mühüm rolunu qeyd edib və layihənin icra vəziyyətini yüksək qiymətləndirib.

Energetika naziri Pərviz Şahbazov isə “Cənub Qaz Dəhlizi” layihəsinin yekunlaşmaq üzrə olduğunu və bu prosesdə ABŞ-ın davamlı dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (İGB) təməlinin qoyulmasını layihənin yeni mərhələdə inkişafının başlanğıcı adlandırıb və dəhlizi gələcəkdə qidalandıracaq əlavə mənbələr kimi işlənmədə olan yataqlar və onların ehtiyatlarından bəhs edib.

Görüşdə həmçinin, ölkədaxili qaza tələbat, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işlərə dair ətraflı müzakirələr aparılıb. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı həyata keçirilən prosesdə ABŞ ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 249

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...