SOSİAL
A- A A+

Müstəqil, qüdrətli Azərbaycanın memarı

2019-05-11 11:00:05

.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar "Müstəqil, qüdrətli Azərbaycanın memarı" başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişafı yolunda xidmətlərindən bəhs etdi. " Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını, siyasi fəaliyyətini xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq misilsiz irəliləyişə nail olmuşdur" - deyə bildirildi.

"Abşeronneft" NQÇİ-nin baş mühəndisi İman İsmayılov çıxış edərək bildirdi ki, Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi sübut edir ki, dərin zəka sahibi, mahir idarəçilik qabiliyyətinə malik lideri olan dövlətlər və millətlər yüksək inkişaf yolu keçməyə, tarixi uğurlar əldə etməyə müvəffəq olurlar. Belə liderlər xalqımızın tarixində də yetişmiş və onlar Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş Ümummilli lider Heydər Əliyevin adı xüsusi qürur hissi ilə çəkilir.

"Abşeronneft" NQÇİ-nin Sosial-İnkişaf şöbsinin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov çıxış edərək qeyd etdi ki, 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün əsası qoyuldu. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş İttifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

"Abşeronneft" NQÇİ-nin rəis müavini Ələddin Mürsəlov çıxışında Ümummilli lider Heydər Əliyevin neft strategiyasından, 1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi"ndən və bu gün bu strategiyanın davamı olaraq həyata keçirilən neft-az layihələrindən bəhs etdi. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov bir daha Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsini gənclərə tövsiyə etdi.


Kateqoriya : SOSİAL Baxış sayı : 239

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...