İQTİSADİ
A- A A+

Neftçi müharibə veteranları SOCAR-ın “Fəxri neftçi” döş nişanları ilə təltif ediliblər

2019-05-10 10:35:39

İkinci Dünya Müharibəsində qazanılmış tarixi qələbədə Azərbaycan nefti və neftçiləri həlledici rol oynayıb

Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, emal olunan aviasiya benzini və yüksəkkeyfiyyətli yağların isə 85-90%-i Azərbaycanın payına düşüb. 1941-ci ildə Azərbaycan tarixində rekord səviyyədə - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ üzrə neft hasilatının 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Ulu Öndər Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlara dövlətimiz tərəfindən birdəfəlik maddi yardımlar göstərilir. Müharibə veteranlarına qayğı, onlara maddi və mənəvi dəstək göstərilməsi SOCAR-da da diqqət mərkəzindədir.

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibəti ilə SOCAR neft sənayesnin keçmiş əməkdaşlarından 17 nəfərini “Fəxri neftçi” döş nişanı ilə təltif edib. Bakı, Sumqayıt, Siyəzən, Salyan və Qaradağda yaşayan neftçi müharibə veteranlarından 9 nəfəri “Azneft” İstehsalat Birliyi, 3 nəfəri Kompleks Qazma İşləri Tresti, 1 nəfəri “Neftqaztikinti” Tresti, 1 nəfəri “Azərikimya” İB, 1 nəfəri Heydər Əliyev adına Neft Emalı Zavodu, 1 nəfəri “Neftqazelmitədqiqatlayihə” İnstitutu, 1 nəfəri isə Geologiya və geofizika idarəsində çalışıblar. SOCAR-ın məsul şəxsləri Qələbə günü ərəfəsində veteranlarla görüşərək, onları təbrik etmiş, “Fəxri Neftçi” döş nişanları və pul mükafatlarını onlara təqdim etmişlər.

Xatırladaq ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında döyüş cəbhələrinə 700 min oğul və qızını yollamış Azərbaycan xalqının xüsusi rolu olub. Müharibədə göstərdikləri igidliyə görə 123 nəfər həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox azərbaycanlı əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Qanlı döyüşlərdə 300 mindən çox azərbaycanlı həlak olub. Azərbaycanlılardan təşkil edilmiş diviziyalar Qafqazdan Berlinədək döyüş yolu keçib, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub.

Fact-info.az


Kateqoriya : İQTİSADİ Baxış sayı : 158

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...