İQTİSADİ
A- A A+

Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçiriləcək

2019-04-24 10:05:55

Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası mayın 22 və 23-də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda dördüncü Trans-Xəzər Forumunu keçirəcək

2016-cı ildən ardıcıl olaraq hər il keçirilən forum Birləşmiş Ştatların siyasət və biznes liderlərini və Trans-Xəzər dəhlizi ölkələrinin nümayəndələrini strateji tərəfdaşlığın artırılması, biznes, ticarət və investisiya imkanlarının müzakirəsi üçün bir araya gətirir.

ABŞ Ticarət Palatasının Vaşinqtondakı baş ofisində həyata keçiriləcək növbəti Trans-Xəzər Forumu Birləşmiş Ştatlar və Xəzər regionu ölkələrindən olan biznes liderləri, xarici siyasət mütəxəssisləri və dövlət rəsmilərini bir araya toplayaraq onlara yeni istiqamətləri araşdırmaq və yeni imkanları müəyyən etmək üçün platforma yaradır.

Amerika Birləşmiş Ştatları Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolunu, Cənub Qaz Dəhlizini, Lapis-Lazuri nəqliyyat dəhlizini dəstəkləyərək Xəzər regionunda əlaqələr yaratmaq üçün həyata keçirilən layihələrdə böyük rol oynayıb. Trans-Xəzər Forumu ABŞ-ın region ölkələrini gücləndirməkdə öz rolunu artırmaq üçün növbəti addımları və konkret tövsiyələri müəyyən etmək üçün hökumət rəsmilərini və biznes liderlərini bira araya gətirir.

Xəzər Siyasət Mərkəzi Vaşinqtonda yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat mərkəzidir. Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri Xəzər Siyasət Mərkəzinin əsas tədqiqat obyektini təşkil edir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 169

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...