İQTİSADİ
A- A A+

TANAP vasitəsilə Avropaya qaz nəqlində son mərhələyə start verildi

2019-04-18 11:35:23

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə start verildi

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində 2019-cu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlandı. 2019-cu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədi ilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır. 2018-ci ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və birinci fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin 2-ci fazası da son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədi ilə kəmərin Əskişəhərin Seyitgazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsinin inşasını əhatə edir.

TANAP iyunda Avropaya sınaq məqsədli qaz nəqli üçün hazır olacaq Tikintisi başa çatan 2-ci fazanın istismara verilməsi çərçivəsində 15 aprel 2019-cu il tarixindən etibarən boru kəmərinə sınaq məqsədilə qaz verilməyə başlandı. Sınaqlardan sonra iyun ayının sonuna kimi sistemin istismara verilməsi üzrə işlərin tamamlanması və Avropaya sınaq məqsədli qaz nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhəddindən başlayaraq İtaliyaya qədər uzanan Trans-Adriatik boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir. TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin Trans-Adriatik boru kəmərinin istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.

Fact-info.az


Kateqoriya : İQTİSADİ Baxış sayı : 304

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...