SİYASƏT
A- A A+

The Washington Times: “Ermənistanda “məxməri inqilabın” hüdudlarından kənarda”

2019-03-28 10:45:04

.

The Washington Times qəzetində Jewish News Syndicate nəşrinin keçmiş baş redaktoru Ceykob Kamarasın “Ermənistanda “məxməri inqilabın” hüdudlarından kənarda” sərlövhəli məqaləsi dərc olunub. Müəllif yeni baş nazir Nİkol Paşinyanın qeyri-ardıcıl siyasətini və Ermənistanın ağır siyasi və iqtisadi vəziyyətini təhlil edir.

Məqalədə qeyd olunur ki, özünü islahatçı və demokrat adlandıran Nikol Paşinyanın Qarabağ müharibəsinin keçmiş militaristlərindən ibarət olan “köhnə qvardiyanı” kənarlaşdıraraq hakimiyyəti ələ keçirdiyi “məxməri inqilab” adlanan hadisənin ildönümü yaxınlaşır.

Müəllif xatırladır ki, Avropa ölkələri, həmçinin Ermənistanın ABŞ Konqresindəki qatı tərəfdarları Paşinyanı tərifləməyə başladılar. Kamaras əlavə edir ki, bununla belə, Ağ ev və Dövlət Departamenti milli təhlükəsizlik üzrə müşavir Con Boltonun bu yaxınlarda həyata keçirdiyi səfərdən sonra Ermənistan hökumətinin yeni rəhbərinə kifayət qədər skeptik yanaşırlar. Regiona səfər etmiş ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun mövqeyini təhlil edən müəllif yazır ki, müşavir Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji cəhətdən əhəmiyyətli region, Azərbaycan və Gürcüstanı ABŞ-ın etibarlı müttəfiqləri hesab etməklə yanaşı, siyasi cəhətdən müstəqil dövlət olmayan Ermənistanın hələ də bu “layiqli kluba” daxil ola bilmədiyi qənaətindədir.

Kamaras qeyd edir ki, cənab Boltonun sözlərinə görə, müvəffəqiyyətin açarı qondarma və qeyri-qanuni “dövlət” yaratmaq adı altında Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə nəticələnən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Bu münaqişənin nizama salınması Ermənistanı transformasiya edə bilər və baş nazir Nikol Paşinyanın da öz inqilabi çıxışlarında vəd etdiyi kimi, onun müstəqillik, müasirlik və tərəqqi yoluna qədəm qoymasına şərait yaradar.

Müəllifin yazdığına görə, ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz öz regional potensialından hər üç ölkənin tam iştirakı ilə istifadə edə bilər. Beləliklə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda müharibəyə son qoymalı, eyni zamanda, vassal dövlət olmaqdan qurtulmalı və tərəfdaşlığa səy göstərən davranış nümayiş etdirməlidir. Münaqişə Ermənistanın tarixində dərin iz buraxıb və bu ölkənin inkişafdan geri qalmasını, dərin yoxsulluğu, kəskin “beyin axınını”, ən əsası isə, onun digər dövlətlərdən əsaslı və köklü şəkildə asılılığını gücləndirib.

Kamaras əlavə edir ki, Ermənistan öz qonşularından nümunə götürə bilər. Neft və qazla zəngin olan Azərbaycan və təşəbbüskar Gürcüstan böyük iqtisadi inkişafdan bəhrələnirlər: neft və qaz kəmərləri, limanlar, Şərq-Qərb dəmir yolu, peyklər, turizm, təhsil, müasir səhiyyə, elm və incəsənət, habelə dünya ölkələri arasında layiqli yer bu nailiyyətlərdəndir. Lakin bir ildən sonra Paşinyanın erməni xalqına vəd etdiyi inkişafdan əsər-əlamət yoxdur. Bu ölkənin iqtisadiyyatı hələ də öz əlində deyil.


Kateqoriya : SİYASƏT Baxış sayı : 236

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...