QHT və MEDİA
A- A A+

Komitə sədri: "Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir"

2019-03-06 08:10:59

Din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir, din xadimləri bu davranışları dəstəkləyir

Trend-in məlumatına görə, bunu “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Ermənistanda din xadimləri bu hadisələri pisləyib, onun qarşısını almaqdansa, işğal siyasətinin davam etdirilməsini təbliğ edirlər: "Dəfələrlə Ermənistanın din xadimlərinə şəhidlərimizin meyitlərinin qaytarılması üçün müraciət olunsa da, onlar bizə müsbət reaksiya verməkdən imtina ediblər. Dilqəm Əsgərov və Şahbaz Quliyevə Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə din xadimləri tərəfindən müsbət reaksiya verilməyib. Bu baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, belə halların qarşısı alınsın".

S.Novruzov əlavə edib ki, bu gün ayrı-ayrı dövlətlər öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atır: "Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir.

Əksinə, dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının işğal altında olması, 1 milyondan artıq insanın məcburi köçkün düşməsi, bu yaxınlarda 27-ci ildönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 334

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...