QHT və MEDİA
A- A A+

"Tarix yazan qəhrəmanlar"

2019-03-05 18:50:48

04 mart 2019-cu il tarixində Pirallahı rayonunda yerləşən 168 №-li orta məktəbdə "Tarix yazan qəhrəmanlar" başlığı altında vətənpərvərlik mövzusunda tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü Musa Həsənli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İdarə Heyətinin üzvü Qafar Nuriyev, "N"saylı hərbi hissənin əsgər və zabitləri, Pirallahı rayon ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdləri və Qarabağ müharibəsi veteranları iştirak etdilər.

Çıxış üçün söz alan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Hikmət Şikarov Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüməsində dövlətimizin apardığı siyasətdən danışdı. " Ümummilli lider Heydər Əliyev Azərbaycan vətəndaşlarının sabaha olan ümidlərini özlərinə qaytardı. Elmin, səhiyyənin və mədəniyyətin böhranlı vəziyyətdən çıxarılması naminə gərəkli addımlar atdı. Ən başlıcası isə milli ordumuzun döyüşkən ruhunu özünə qaytarmaq üçün ordunu yenidən qurmağa başladı. "Mən Azərbaycan milli ordusunun gücünə inanır, Azərbaycan əsgərinə güvənirəm”, - deyən ümummilli liderimiz bu sahədə yetərincə işlər gördü. O, xalqın ən ağır vaxtlarında ordu quruculuğunda uğurlu islahatlar apararaq, vətəni, ana torpağı qəlbən sevən igid əsgərlərimizə zəfər qazanmağın yollarını nişan verdi.

Ümummilli liderimizin siyasi kursunu davam etdirən müstəqil Azərbaycan dövlətinin Prezidenti, Ali Baş Komandan İlham Əliyev də yurda keşik çəkən vətən övladlarından qayğısını əsirgəmir. Məhz İlham Əliyevin qayğısı sayəsində ordumuz ən müasir silahlarla təmin olunub. Milli Ordumuzun yaranmasının və Bakının erməni işğalından azad olunmasının 100 illiyi ilə əlaqədar iyun ayının 26-da və sentyabr ayının 15-də keçirilən hərbi paradlar bir daha göstərdi ki, Azərbaycanın silahlı qüvvələri bölgədə lider olmaqla yanaşı, həm də dünyanın ən aparıcı orduları ilə bərabər səviyyədədir". Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü Musa Həsənli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İdarə Heyətinin üzvü Qafar Nuriyev də öz çıxışlarında keçdikləri şanlı döyüş yolundan danışaraq qeyd etdilər ki, Vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir.

Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Rəsmi hissənin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Hikmət Şikarov Əfqanıstan müharibəsinin başa çatmasının 30 illiyi ilə əlaqədar medal ilə təltif olundu. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Hikmət Şikarov 21 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamının müharibə veteranlarına, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin və ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi.

Tədbirin bədii hissəsində 168 №-li orta məktəb şagirdlərinin ifasında vətənpərvər mövzusunda mahnılar səsləndirildi. Tədbirin sonunda məktəblilər qəhrəman döyüşçülərlə, müharibə veteranları ilə xatirə şəkilləri çəkdirdilər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 501

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...