MƏDƏNİ
A- A A+

Tehranda Azərbaycanın “Qarabağ” muğam qrupunun konserti keçirilib

2019-03-04 09:30:06

İranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Tehranın “Milad” qülləsində Novruz bayramının UNESCO–nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi münasibətilə konsert proqramı təşkil olunub. Mərasimdə Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu da iştirak edib

Konsertdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, elm, tədqiqat və ali təhsil naziri Mənsur Qulami, vitse-prezident, Milli irs, əl işləri sənayesi və turizm təşkilatının sədri Əliəsgər Munesan, vitse-prezident, milli kitabxana və arxiv təşkilatının rəhbəri, xanım Əşrəf Borucerdi, prezidentin qadın məsələləri üzrə müşaviri Şahindoxt Mövlaverdi, İranın UNESCO üzrə Milli Komissiyasının baş katibi Höccətullah Əyyubi, həmçinin Tehranda akkreditə olunmuş 70 ölkənin səfiri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

“Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimovun ifasında “Mənim Azərbaycanın”, “Heydər babaya salam” xalq mahnıları və təsniflər, zərb muğamı və ənənəvi olaraq sonda “Qarabağ şikəstəsi” səsləndirilib.

Konsertdə ifa olunan Azərbaycan mahnıları böyük maraq və alqışlarla qarşılanıb. Konsert proqramının sonunda İranın xarici işlər naziri M.C.Zərif, elm, tədqiqat və ali təhsil naziri Mənsur Qulami və Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov “Novruz dünyası” poçt markasını təqdim ediblər. Xanəndə Mənsum İbrahimovu tarda Əməkdar artist Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 179

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...