2015-09-01 09:35:17 | MƏDƏNİYYƏT
Azərbaycanlı muğam ifaçısı Səmərqənddə “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının mükafatını alıb

Özbəkistanın qədim Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” onuncu Beynəlxalq Musiqi Festivalı başa çatıb

İki ildən bir keçirilən bu nüfuzlu musiqi bayramında dünyanın 80-dən çox ölkəsindən gələn musiqiçilər iştirak ediblər.

Bu festivalda ölkəmizi Azərbaycanın Əməkdar Artisti Təyyar Bayramovun rəhbərlik etdiyi “Buta” musiqi qrupu təmsil edib. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət ediblər.

Yubiley tədbirlərinə “Şərq təranələri” birinci Beynəlxalq Musiqi Festivalının Azərbaycandan olan ilk iştirakçısı, festivalın “Qran pri” mükafatına layiq görülmüş Xalq Artisti Simarə İmanova da fəxri qonaq kimi qatılıb.

Təyyar Bayramov festival çərçivəsində Səmərqəndin küçə və meydanlarında, həmçinin Həmid Əlimcan adına Dram Teatrının qarşısındakı meydanda, o cümlədən Səmərqənd vilayətinin Camboy şəhərində bir-birindən gözəl muğam, təsnif və xalq mahnılarını ifa edib.

Sonuncu gündə münsiflər heyəti Təyyar Bayramovu və “Buta” qrupunu festivalın “Nadir səs və ən gözəl qrup” adına layiq görüb.

Festival çərçivəsində elmi-nəzəri konfrans da keçirilib. Tədbirdə Azərbaycandan gələn musiqişünas alimlər - Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış ediblər.

 

1997-ci ildən bəri keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçiləri həmişə uğurla iştirak ediblər. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndələr - Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əskərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerlərə layiq görülüblər.

Baxış sayı : 1526
"Ermənistan dünyanın gözü qarşısında mülki şəxsləri hədəf alır" 2020-09-30 13:00:29 BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini təqdir edirik - Prezidentin köməkçisi 2020-09-30 12:35:55 Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib 2020-09-30 08:55:11 BMT Təhlükəsizlik Şurası iclas keçirib 2020-09-30 08:40:30 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 2020-09-30 06:55:59 Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb 2020-09-29 22:45:51 Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42 Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür 2020-09-28 06:55:50 "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur" 2020-09-28 06:50:27 Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır 2020-09-27 21:45:51 Ölkə QHT-lərinin müraciəti: Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! 2020-09-27 20:25:03 Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN 2020-09-27 20:05:14