SİYASƏT
A- A A+

Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək

2019-02-20 10:15:02

ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə fikirlər səsləndirəcək

Bunu özəl olaraq Trend-ə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-23-də Avstriyanın Vyana şəhərində ATƏT PA-nın qış sessiyasında iştirak edəcək.

Sessiyada çox vacib məsələlər ətrafında müzakirələrin aparılacağını bildirən B.Muradova əlavə edib ki, qış sessiyasında ATƏT PA-nın illik sessiyasına hazırlıq, ATƏT regionu və dünyanı narahat edən məsələlər, sessiya çərçivəsində Parlament Assambleyasında qəbul edilən qərarların yerinə yetirilməsinə nəzarət, həlli uzadılmış münaqişələr, münaqişənin aradan qaldırılmasında ATƏT mexanizmlərindən istifadə, çirkli pulların yuyulması, terrorizmə və korrupsiyaya qarşı mübarizəyə dair məsələlər müzakirəyə çıxarılacaq: “Biz nümayəndə heyəti olaraq, bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini ifadə edəcəyik. ATƏT regionundakı mövcud vəziyyətlə bağlı fikirlərimizi səsləndirəcəyik. Həlli uzadılmış münaqişələr müzakirə olunan məsələlər arasında olduğundan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, Ermənistan və Azərbaycan arasındakı danışıqlarda yeni mərhələnin və Ermənistanda seçkilərdən sonra yaranmış yeni mühitin vəd edəcəyi bəzi imkanlar, bu imkanların danışıqlar prosesinə göstərə biləcəyi təsir haqqında fikirlərimizi səsləndirəcəyik. Hesab edirəm ki, çox vacib və maraqlı bir sessiya olacaq”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 220

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...