CƏMİYYƏT
A- A A+

Əli Həsənov: Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadəsi üçün əlverişli imkanlar yaradır

2019-02-13 10:15:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif toplantılarda və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət üçün müsbət rolundan və əhəmiyyətindən dəfələrlə bəhs edib

Dövlət başçısı fevralın 1-də Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqində bu məsələnin üzərində xüsusi dayanıb. O, Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatını alqışladığını bildirib, dövlət təşkilatlarına və özəl sektora gənc könüllülərin işə cəlb edilməsini tövsiyə edib. Azərbaycan Prezidenti vurğulayıb ki, könüllü fəaliyyət cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edir, dövlət qurumlarına və özəl təşkilatlara öz funksiyalarını daha səmərəli yerinə yetirməyə imkan yaradır.

Eyni zamanda, müxtəlif qurumlarda könüllü fəaliyyətə cəlb olunmuş gənclər yaxşı təcrübə qazanır və onların əldə etdikləri bilik və bacarıqlar gələcəkdə peşəkar kadr ehtiyatının formalaşmasına öz töhfəsini verə bilər. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində könüllülük fəaliyyətinin əhəmiyyəti haqqında statusunda bildirib.

Prezidentin köməkçisi deyib: “Əlbəttə, könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir. Eyni zamanda, könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bütün bunlar nəzərə alınaraq, hələ 2009-cu ildə Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi məqsədilə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edilib. Hamımız Bakıda keçirilmiş “Avroviziya” müsabiqəsi, birinci Avropa Oyunları, dördüncü İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışları zamanı minlərlə yeniyetmə və gəncin həmin beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində mühüm rol oynadığını yaxşı xatırlayırıq. Bu sahədə bir sıra dövlət təşkilatlarının və ictimai qurumların, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qızıl Aypara Cəmiyyətinin müsbət təcrübəsi var.

Son zamanlar digər dövlət orqanları da könüllülük proqramları ilə çıxış etməyə başlayıblar. Yaxşı olardı ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, özəl və ictimai sektor, o cümlədən kütləvi informasiya vasitələri də bu prosesə fəal qoşulsun. Eyni zamanda, bütün vətəndaşlarımızı, xüsusilə də gəncləri könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq”.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 287

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...