SOSİAL
A- A A+

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Ukraynada təltif olunub

2019-02-07 19:20:56

Ukrayna Əfqanıstan Veteranları Birliyinin Kiyev şəhər şöbəsinin təşkilatçılığı ilə Ukraynanın Kiyev şəhərində Sovet qoşunlarının Əfqanıstan ərazisindən çıxmasının 30 illik yubileyi münasibəti ilə Foto-sərgi keçirilib

Tədbirdə Ukraynada fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərin, diplomatik korpusların, dövlət və qeyri-dövlət veteran təşkilatlarının, hərbiçilərin və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə keçmiş sovetlər birliyinin tərkibində olaraq Əfqanıstanda beynəlmiləlçilik vəzifə borcunu yerinə yetirərək xidmət etmiş hərbiçilər haqqında sənədli filmlər və foto şəkillər nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev, səfirliyin əməkdaşları və Azərbaycandan tədbirə rəsmi dəvət olunmuş, sovet qoşunlarını tərkibində Əfqanıstanda xidmət etmiş, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov da iştirak ediblər.

Səfir Azər Xudiyev çıxış edərək, Sovet qoşunlarının Əfqanıstanda 1979-1989-ci illərdə 10 il müddətindəki müharibənin acı fəsadlarından danışıb.

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov foto-sərgidə tədbir iştirakçılarına Əfqanıstanda xidmət etmiş Azərbaycanlı veteranlar haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycandan 8500 nəfər Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 219 nəfəri hərbi əməliyyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə mülkü işlərdə xidmət edib. Əfqanıstan müharibəsi Azərbaycan Əfqanıstan veteranları üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik məktəbi olmuşdur.

Sərraf Orucov Ukrayna veteran təşkilatları ilə yaxından əməkdaşlıq edib dostluq əlaqələrinin inkişaf etdirdiyinə görə “Ənənələrə sədaqətə görə” qızıl medalı ilə təltif edilib.

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 284

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...