CƏMİYYƏT
A- A A+

Separatçı rejimin törətdiyi ekoloji cinayətlər

2019-02-02 09:55:34

.

Biz Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin “başçısı”nın “mətbuat katibi” kimi təqdim edən David Babayanın əvvəllər də ölkəmizə qarşı iftira xarakterli fikirlər səsləndirdiyinin şahidi olmuşuq və növbəti dəfə o, “hidroterror” mövzusunda cəfəng fikirləri ilə “fərqlənib”. Babayanın münaqişə nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin törətdiyi ekoloji cinayətləri unudaraq, hazırda davam edən vəziyyətə görə məxsus olduğu rejimin daşıdığı məsuliyyəti ört-basdır etməsi və kənarda “təqsirkar” axtarışı gülüncdür. Bu səbəbdən, Babayanın yaddaşını təzələmək və onun diqqətinə aşağıdakıları çatdırmaq istərdim.

Bu sözləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev mətbuata açıqlamasında deyib.

O bildirib ki, 2015-ci ilin noyabr ayında AŞPA çərçivəsində “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə qəbul edilib. AŞPA Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalının həmin ərazilərdə yaşayan əhali üçün humanitar və ekoloji problemlər yaratdığını qınayıb. Qətnamədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarında keçən dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bütün ətraf ərazilər üçün təhlükə yarandığı qeyd olunub. Sərsəng su anbarının baxımsız vəziyyətdə qalmasının çoxsaylı insan tələfatı və böyük fəlakətə gətirib çıxara biləcəyi vurğulanıb. Qətnamə, həmçinin Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistanın su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edib.

T.Gəncəliyev deyib ki, hazırda Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması və keçən müddətdə təmir edilməməsi ucbatından Azərbaycanın 7 rayonunun 400 min nəfərlik əhalisinin həyatı ciddi təhlükə altındadır. Sərsəng su anbarı 120 min hektar torpaq sahəsinin suvarılması üçün layihələndirilmişdi və işğal buna mane oldu. Həmçinin vurğulamaq istərdim ki, erməni tərəfi suya ehtiyac olduğu vaxtda, yay aylarında bəndi bağlamaqla və lazımsız vaxtlarda suyu açıb buraxmaqla torpaqlarımıza ciddi ziyan vurmaqda davam edir. Bu da məhz hidroterrorun Azərbaycana qarşı aparıldığının bariz nümunəsidir.

Babayana onu da xatırlatmaq lazımdır ki, ermənilərin hərbi yolla işğal etdikləri Azərbaycan ərazilərində kənd təsərrüfatı üçün əhəmiyyət kəsb edən Sərsəng su anbarından başqa ümumi tutumu 80 milyon kubmetr olan digər su anbarları da qalıb. Bunların sırasında 1964-cü ildə tikilən Xaçınçay su anbarı, 1965-ci ildə tikilən Qanlı Göl su anbarı, 1977-ci ildə tikilən Arpaçay su anbarı, 1962-ci ildə tikilən Ağdamkənd su anbarı və 160-dan çox su deposu da var ki, onlar da real təhlükə mənbəyinə çevrilib.

“Qeyd etdiyim faktlardan istifadə etməklə Babayan “Separatçı rejimin həyata keçirdiyi hidroterror” mövzusunda monoqrafiya təqdim etsəydi daha tutarlı görünərdi. Ermənistanın Azərbaycana qarşı hərbi işğalı başa çatdıqdan sonra regionun zəngin su resursları Azərbaycanın sərhədləri daxilində bölgədə sülh şəraitində yaşayacaq erməni və azərbaycanlı icmaları tərəfindən birgə istifadə olunaraq, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına xidmət göstərə bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə dialoq çərçivəsində su resurslarının gələcək səmərəli istifadəsi kimi məsələləri də müzakirə etməyə hazırıq”, - deyə T.Gəncəliyev bildirib.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 355

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...