MƏDƏNİ
A- A A+

“Azərxalça”nın məhsulları İsveçdə

2019-01-26 10:15:24

.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi məhsulları beynəlxalq xalça bazarına çıxarmaq üçün mühüm tədbirlər həyata keçirir. Cəmiyyət hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak edir. Həmin sərgilərdə nümayiş etdirilən xalçalar isə "Azərbaycan brendi" kimi təqdim olunur. 2016-2018-ci illərdə "Azərxalça"nın məhsulları Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Rusiyada və Cənubi Koreyada keçirilən belə tədbirlərdə sərgilənib və böyük maraqla qarşılanıb. Bundan başqa, dünyanın bir sıra inkişaf etmiş ölkələrinin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, onlara xalça ixracı üçün razılıqlar əldə olunub. Cəmiyyət Azərbaycan xalçalarının müxtəlif ölkələrdə satışının təşkili məqsədilə mağazalar yaratmaq istiqamətində də iş aparır. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq ilk mağaza İsveçin Stokholm şəhərində açılıb. İsveçdə fəaliyyət göstərən “NGK-AZE” şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün “Azərxalça”ya müraciət edib. Təklif dəyərləndirilib, həmin şirkətin “Azərxalça”nın İsveçdəki distribüteri olmasına razılıq verilib. Stokholmun “Vikjö” ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü 15 xalça satışa çıxarılıb. Qeyd edək ki, İsveçdə həndəsi naxışlı və al-əlvan rəngli Azərbaycan xalçalarına tarixən ciddi maraq olub. İsveçdəki kolleksionerlərin şəxsi kolleksiyalarında xeyli qədim Azərbaycan xalçaları vardır. Ancaq ilk dəfədir ki, bu ölkədə Azərbaycan xalçalarının satışı mağazası açılır. Belə satış mağazalarının yaradılmasına başqa ölkələrin şirkətləri də maraq göstərirlər. Hazırda “Azərxalça” həmin təklifləri dəyərləndirir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 811

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...