2019-01-22 09:05:43 | QHT VƏ MEDİA
Ermənilərlə barış planı necə ola bilər?

Ermənilərlə azərbaycanlılar barış planı haqqında son vaxtlar müxtəlif fikirlər səslənməkdədir

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana təkliflər edir ki, gedin əhalinizi sülhə hazırlayın. Belə təkliflərin detallarından xəbərsizik. Ancaq vasitəçi ölkələrin, bəzi beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə ikili standartlar kontekstindən yanaşması onu deməyə əsas verir ki, belə çağrışların arxasında ədalətli sülh istəyindən daha çox məkrli planlar dayana bilər.

Mənim fikrimdən o nəticə çıxmasın ki, bütün sülh, barış təşəbbüslərini rədd etmək lazımdır. Əslində ədalətli sülhün bərqərər olması, işğal olunmuş Azərbaycan torpaqlarının bütünlüklə azad edilməsi bu gün hamımızın ən böyük arzusudur. Lakin bu gün həmin barışdan, sülhdən danışmaq çətin məsələdir. Işğal faktı aradan qalxmadan, hərbi cinayətlərdə birbaşa iştirak edən Ermənistanın keçmiş rəhbərliyi hərbi tribunal qarşısına çıxarılmadan hansı barışdan, ədalətli sülhdən danışmaq olar?

Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə Ermənistan dövləti məsuliyyət daşıyır.

Necə ki, II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətləri Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi.

Hətta ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə, bəzi şəxslər məsuliyyətə cəlb olundu. Belə nümunələri xeyli artırmaq olar, Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq? Bu gün müharibə cinayətlərinin birbaşa günahkarları sivil dünyanın maraqlarını təhdid edir.

Əgər müharibə və ümumilikdə soyqırımda iştirakı iddia olunan şəxslər məsuliyyətə cəlb olunmasa o zaman beynəlxalq hüquq daha bərbad vəziyyətə düşəcək.

Bu yerdə bir məqamı qeyd etmək istərdim. Sovet dönəmində barış, ermənilərin müxtəlif vaxtlarda törətdiyi soyqırımları unutdurmaq məqsədilə geniş aspektli layihələr icra olunmuşdu. Erməni qadınların azərbaycanlı kişilərlə nigahları, mehriban qonşuluğu, saxta dostluğu təblig edən müxtəlif ədəbiyyat nümunələrinin tirajlanması və sair addımlar atılmışdı. Zamanında bəzi qüvvələrin maraq dairəsində olan bu təbliğat işi bir çox məqamları unutdurmağa gətirib çıxarmışdı. Lakin zaman, tarix göstərdi ki, belə sülh göyərçinlərinin ömrü uzun olmur. Nə qədər tarixi saxtakarlıq, ideloji basqılar olsa da, həqiqəti tam gizlətmək mümkün olmadı.

Təbii ki, bölgəmizdə gec-tez müharibəyə son qoyulub, sülh, normal əməkdaşlıq bərqərar olacaq. Tarixən Avropada yaşayan xalqlar arasında uzunmüddətli müharibələr olub, həmin münaqişələr zamanı dinc insanlar məhv edilib. Bu gün isə həmin regionnda xalqlararası normal münasibətlər var. Bəzi Avropa ölkələri arasında hətta sərhədlər simvolik xarakter daşıyır.

Təəssüf ki, sülh, dostluq, normal qonşuluq münasibətləri sözləri bu gün ermənilər haqqında əks mənalı fikir kimi səslənir. Tarixi proseslərə nəzər salsaq görərirk ki, erməni düşüncəsi, nifrəti, insanlıqdan kənar hərəkətləri dəyişmir. Məqamı yetişən kimi onlar yenə öz xislətlərinə uyğun addımlarını atırlar. Burada yalnız zaman və məkan fərqi var.

Ölkəmizin milli maraqlarına və strateji hədəflərinə uyğun olaraq Azərbaycanın mövqeyini ifadə edən Prezidenti İlham Əliyev ötən həftə hökumətin iclasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıb.

Deməli, bu məsələdə Azərbaycanın mövqeyi çox dəqiq, açıq və ədalətlidir. Sonda onu qeyd etmək istərdim ki, Cənubi Qafqazda sülh və sabitlik üçün Dağlıq Qarabağ münaqişəsinə ədalətli münasibət və həqiqəti etiraf etmək lazımdır. Vasitəçi ölkələrin, bəzi beynəlxalq təşkilatların ikili münasibəti, çox gedişli məkrli siyasi planları bu münaqişənin həllindən daha çox uzanmasına səbəb olur.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1851
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00 Ukraynalı deputat: Dağlıq Qarabağ regionunun qeyri-qanuni məskunlaşdırılması siyasəti beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır 2020-09-16 09:40:49 Ermənistanda azərbaycanlılara məxsus minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib - Yaqub Mahmudov 2020-09-16 08:20:59 Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası 2020-09-16 07:25:28 Xarici media Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qanunsuz məskunlaşdırma siyasətindən yazır 2020-09-16 07:20:56