SOSİAL
A- A A+

Neft Daşlarında 20 Yanvar – Qəhrəmanlıq Səlnaməsi adlı tədbir keçirilib

2019-01-20 22:30:03

20 yanvar 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Neft Daşları" NQÇİ ərazi ilk partiya təşkilatında “20 Yanvar – Qəhrəmanlıq Səlnaməsi” adlı tədbir keçirilmişdir

Fact-info.az-a verilən məlumata görə, tədbir iştirakçıları öncə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Neft Daşları” NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov 1990-cı ilin yanvarında Sovet İmperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib, həmin gecə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini deyib.

Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən YAP Pirallahı rayon təşkilatı “Neft Daşları” ərazi ilk partiya təşkilatı sədrinin müavini Əhməd Musayev faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirərək, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıb. Ümummilli liderin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu xüsusilə vurğulayaraq bildirib ki, Heydər Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlayıb. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacardı. Ulu öndərin diqqət və qayğısını bu gün layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır. Tədbirin sonunda Qanlı Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və video materiallar nümayiş olunub.


Kateqoriya : SOSİAL Baxış sayı : 330

QHT və MEDİA

2019-05-27 09:45:27

QHT və MEDİA
Maarifləndirilmə tədbiri Qusarda davam e...
Maarifləndirilmə tədbiri Qusarda davam e...

Fact-info.az-a daxil olan məlumata görə, Qusar rayon Gənclər Evində Demokrati...

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...