QHT və MEDİA
A- A A+

Azərbaycanın üzvü olmadığı təşkilatlarda da sözünün keçməsi Prezidentimizin xarici siyasətinin uğurudur

2019-01-07 11:20:05

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində mühüm tezislərə rast gəldik. Bu, təkcə Azərbaycan Respublikası ərazisində deyil, bütün dünyada yaşayan 60 milyon azərbaycanlıya ünvanlanmış müraciətdir

Bu gün Azərbaycan dünyada öz mövqelərini kifayət qədər möhkəmləndirmiş bir ölkəyə çevrilib. Dövlət başçısının müraciəti də dünyada yaşayan 60 milyonluq azərbaycanlı tərəfindən qəbul edilir.

Bu sözləri siyasi şərhçi Azər Həsrət AZƏRTAC-a açıqlamasında bildirib. A.Həsrət qeyd edib ki, təkcə 2018-ci ildə Azərbaycan Prezidenti 16 ölkəyə səfər edib. Səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsi baxımından çox əhəmiyyətli olub.

Azərbaycanın 2018-ci ildə xarici siyasətdə mühüm bir uğura imza atdığını vurğulayan siyasi şərhçi deyib: “Bildiyimiz kimi, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil, Ermənistan isə bu təşkilatın üzvüdür. Ancaq buna baxmayaraq, biz ilboyu müşahidə etdik ki, bu təşkilatda, eləcə də Avrasiya İqtisadi İttifaqında Ermənistanın deyil, Azərbaycanın sözü keçir. Hesab edirəm ki, üzvü olmadığımız təşkilatlarda belə Azərbaycanın sözünün keçməsi dövlətimizin başçısının nüfuzundan qaynaqlanır və bu, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur. Prezident İlham Əliyev dünya liderləri arasında kifayət qədər böyük nüfuza malikdir. Azərbaycanın uğurlarının əsas açarı da budur. Bir sözlə, qeyd etmək olar ki, 2018-ci ildə Azərbaycan bundan əvvəlki illərdə əsası qoyulmuş uğurlu xarici siyasəti davam etdirib”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 650

QHT və MEDİA

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...