QHT və MEDİA
A- A A+

Dünya Alpaqut Federasiyasının tərkibində S-1 professional döyüş liqasının toplantısı keçirilib

2018-12-24 21:30:37

.

Dünya Alpaqut Federasiyasının tərkibində S-1 professional döyüş liqasının İdarə Heyətinin iclası keçirildi. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, S-1 professional döyüş liqasının prezidenti Hikmət Şikarov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdıqdan sonra qeyd etdi ki, Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə, Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir.

Qüvvədə olan "Bədən tərbiyəsi və idman haqqında" Qanun ölkədə bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır.

Eyni zamanda idmanın ayrı-ayrı növlərinin inkişafına dair dövlət proqramları qəbul edilmişdir. Təbii ki, əsas diqqət idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir.

“Bakı 2015” I Avropa Oyunları, ənənəvi “Formula-1” Avropa Qran-prisi, Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula-2 yarışı, 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirildi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan dünyda idman ölkəsi tanınmağa başladı.

Çıxışının sonunda S -1 professional döyüş liqasının prezidenti Hikmət Şikarov yeni yaranmış S-1 professional döyüş liqası təmsilçilərinin beynəlxalq turnirlərdə uğurlu çıxışlarını qeyd edərək gündəlikdə duran birinci məsələ - liqanın tərkibinin formalaşması ilə bağlı nəzərdə tutulmuş vəzifə bölgüsünə uyğun olaraq təkliflərini verdi. İclas iştirakçılarının yekdil qərarı ilə İlqam Əskərov S-1 profesional döyüş liqası prezidentinin köməkçisi, Məhəmməd Babayev baş katib, Zaur Əsgərov katib, Nazim Mövsümzadə liqanın direktoru, Günel Məmmədova mətbuat katibi, Əli Mirzəyev Hakimlər Komitəsinin sədri vəzifələrinə təyin edildilər.

İclasın gündəliyində duran ikinci məsələ - 2019-cu ilin ilk yarısında keçiriləcək turnir və yarışlar barədə çıxış edən Şərq döyüş növləri üzrə əməkdar idman ustası, dünya və Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi Mərdan Vəliyev 2019-cu ilin mart ayında S-1 professional döyüş liqasının təşkilatçılığı ilə keçiriləcək "Heydər Əliyev Kuboku" beynəlxalq turnirinə hazırlıq işləri barədə məlumat verdi.

S-1 profesional döyüş liqasının vitse-prezidenti, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev "Heydər Əliyev Kuboku" beynəlxalq turnirinin önəmini qeyd edərək, hazırlıq işlərinin təşkili ilə bağlı tövsiyyə və təkliflərini verdi. İclasın sonunda vəzifə bölgüsü üzrə yeni təyinatçılar onlara göstərilən etimada görə liqanın prezidenti Hikmət Şikarova təşəkkürlərini bildirərək S-1 professional döyüş liqasının inkişafı və dünyada tanınması naminə əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 497

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...