SOSİAL
A- A A+

Deputat Adil Əliyev şəhid Orxan Həmidov haqda sənədli filmin çəkilişlərinə dəstək göstərəcək

2018-12-24 10:40:06

.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyev xeyirxah insandır.Onun seçicilərinə göstərdiyi münasibət digər həmkarları üçün bir nümunədir.Adil müəllim dekabrın 23-də 2016-cı ilin aprel savaşı zamanı şəhid olmuş gizir Orxan İbrahim oğlu Həmidovun ailə üzvlərilə görüşüb.

Şəhidin anası Tamella xanım söhbət zamanı oğlunun Vətənimizin ərazi bütövlüyü naminə göstərdiyi xidmətdən danışdı.Qeyd etdi ki, 1980-ci ildə doğulmuş Orxan Həmidov Respublika Müdafiə Nazirliyinin “N”saylı hərbi hissəsində xidmət edib.Əslində arxa cəbhədə xidmət edən Orxan könüllü olaraq ön xəttə yollanıb. Bir çox tapşırıqları yerinə yetirərək şəhid olub.Orxanın 2 övladı yadigar qalıb:Fərid və Vüsal. Şəhid anası Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi doğum günü ilə əlaqədar təbrik edib.

Bildirib ki, oğluna “İgidliyə görə”medalının verilməsinə görə cənab İlham Əliyevə və Respublika Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edir.Tamella xanım oğlunun adının əbədiləşdirilməsi, o cümlədən, döyüş yolu haqqında sənədli film çəkilişinə kömək göstərilməsi üçün cənab Adilə Əliyevə müraciət edib. Adil müəllim şəhid Orxan Həmidov haqda sənədli filmin çəkilişlərinə dəstək göstərəcəyini bildirib. Biz, deputat Adil Əliyevə göstərdiyi bu xeyirxahlığa görə təşəkkür edirik.

Şamil Sabiroğlu “İnkişaf” İnternet Televiziyasının baş redaktoru, “fact-info.az” və “xebertv.az” saytlarının xüsusi müxbiri.


Kateqoriya : SOSİAL Baxış sayı : 608

QHT və MEDİA

2020-04-10 09:50:16

QHT və MEDİA
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilə...

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-10 10:00:52

İQTİSADİ
Nazirlər Kabineti illik hesabatın yeni f...
Nazirlər Kabineti illik hesabatın yeni f...

Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesaba...

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...