SOSİAL
A- A A+

Azərbaycanlı tələbələr Avropa və Gürcüstan yəhudilərinin sinaqoqunda olublar

2018-12-04 08:00:56

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Avropa və Gürcüstan yəhudilərinin sinaqoqunda həftəlik “Şabat” mərasimində iştirak ediblər

Aİİ rektoru Ceyhun Məmmədov tələbələrə Azərbaycanda yaşayan yəhudilər haqqında ümumi məlumat verib. O qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub. Aİİ tələbələri həftəlik “Şabat” mərasimini izlədikdən sonra, Gürcü Yəhudilərinin Dini İcmasının ravvini yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında gənclərin suallarını cavablandırıb.

Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrinin mədəniyyəti ilə bağlı araşdırmaların aparılması, gələcəkdə yəhudilik və xristianlıqla bağlı ixtisasların açılması planlaşdırılır.

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 272

QHT və MEDİA

2019-06-20 07:30:53

QHT və MEDİA
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...