SOSİAL
A- A A+

Dünya Alpaqut Federasiyasının Konfransı keçirilib

2018-11-23 22:30:56

.

Bu gün Atatürk Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatında iştirak etmək üçün ölkəmizə gəlmiş xarici ölkə təmsilçilərinin iştirakı ilə Beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, konfransın işinə Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov, Federasiyanın birinci vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva, Federasiyanın İdarə Heyətinin sədri, Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov, eləcə də Dünya çempionatında iştirak edcək Azərbaycan, Türkiyə, Pakistan, Almaniya Əfqanıstan, Rusiya, Hindistan, Gürcüstan, İran, Kamerun, Türkmənistan, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Nepal, Ukrayna təmsilçiləri qatılıblar. Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu döyüş sənətinin dünyada rəğbət qazanması həm də onun tanınması deməkdir: “Azərbaycanda Dünya çempionatının keçirilməsi ümumiyyətlə, həm ölkəmizin, həm də bu döyüş sənəti ilə məşğul olan idmançıların uğurudur”. Çıxış edən Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov bildirib ki, bu döyüş növü eyni zamanda, mübarizliyin, əzmin və sülhün çağırışçısıdır.

Digər idman növləri kimi, Alpaqut döyüş sənəti də inkişaf edir: “Bu gün Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, artıq ölkəmiz bir çox mötəbər idman yarışlarına ev sahibliyi edir. Keçiriləcək Dünya çempionatı da bunun bariz göstəricisidir”. Millət vəkili, federasiyanın birinci vitse-prezidenti Qənirə Paşayeva da çıxış edərək, ayrı-ayrılıqda Dünya çempionatında iştirak edəcək alpaqutçulara uğurlar arzulayıb: “Hər bir idman növünün özünəməxsus özəlliyi vardır və belə özəlliklərdən biri də Alpaqut döyüş sənətidir. Əbəs deyil ki, bu döyüş növü artıq dünyanın hər yerinə yayılıb və bu, bilavasitə Azərbaycanın uğuru sayılır.

Çünki bu idman növünün ölkəmizdə yaranması da belə deməyə zəmin yaradır. Keçiriləcək Dünya çempionatında hər bir idmançıya uğur və qalibiyyət arzu edirəm”. Sonra təşkilati məsələlərə baxıldı və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov S-1 döyüş liqasının prezidenti, eyni zamanda Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti seçildi. Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev isə S-1 döyüş liqasının 1-ci vitse-prezidenti seçildi. Həmçinin, S-1 döyüş liqasının 2-ci vitse-prezidenti Dünya və Avropa çempionu, bir sıra beynəlxalq yarışların qalibi Mərdan Vəliyev seçildi. Təşkilati məsələlərdən sonra yeni seçilənlərə və təbir iştirakçılarına hədiyyələr təqdim olundu.

Çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, S-1 döyüş liqasının prezidenti, və Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti Hikmət Şikarov ona göstərilən yüksək etimada görə Federasiyanın rəhbərliyinə və bütün üzvlərinə öz minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət qayığısı ilə əhatələnib. “Əbəs deyil ki, bu gün ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilməklə yanaşı, dünya və Avropa çempionatları üzrə müxtəlif yarışlar da keçirilir. Bütün bunlar ölkəmizin bütün sahələrdə əldə etdiyi inkişafın bariz nümunəsidir.

Bu inkişafı xalqımıza cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti bəxş edib. Eyni zamanda, gənclərimizin idmanla məşğul olması sağlam gələcəyimizin təminatıdır. Belə bir missiyada məhz Dünya Alpaqut Federasiyasının da rol alması sevindirici və fərəhləndiricidir”. Hikmət Şikarov da Dünya çempionatında iştirak edəcək idmançıların hər birinə uğurlar arzulayıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 652

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...