MƏDƏNİ
A- A A+

“Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının ilk buraxılışı hazırlanır

2018-11-23 08:10:22

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının ilk buraxılışı 2019-cu ildə çap olunması nəzərdə tutulub

Bildirək ki, Mərkəzi Elmi Kitabxana 20.11.2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə (3816) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmiş İSSN: 2219-5874 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalını çap və elektron formatda nəşrini davam etdirir.

Jurnalda çap olunacaq məqalələrə dair tələblər: kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst elektron resurslar, o cümlədən ensiklopediyalar, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.), eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya, dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək. Jurnalın xüsusi buraxılışları xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq. Məqalələrin təqdim edilməsinə dair texniki tələblər: müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri, Azərbaycan, ingilis və rus dillərində xülasə və açar sözlər, ədəbiyyat siyahısı daxil olmaqla 1500-4500 söz həcmində, “Arial” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0” ölçü, mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır.

Jurnalın redaksiya heyəti Azərbaycan və xarici kitabxana-informasiya mütəxəssislərindən formalaşdırılıb. Yeni buraxılışın 1-ci sayı üçün məqalələr 10 dekabr 2018-ci il tarixinə qədər mütləq şəkildə üç ünvanın hər birinə cecilia.hazai@gmail.com; bekirleyla@gmail.com; turan.baku@mail.ru bir məktubda göndərilməlidir. Elektron məktubun mövzusu aşağıdakı kimi göstərilməlidir: SCIENTIFIC PAPERS. CLS ANAS və müəllifin adı, soyadı. Zəruri hallarda əlaqə nömrəsi: 012 5371982


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 734

QHT və MEDİA

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...