MÜSAHİBƏ
A- A A+

"Hökumət İlham Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla həyata keçirir"

2018-11-21 08:50:36

Azərbaycan hökuməti Prezident İlham Əliyevin müəyyənləşdirdiyi böyük sosial siyasəti uğurla və layiqincə həyata keçirməkdədir

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda son illər ərzində həyatın bütün sahələrində baş verən dəyişikliklər insanların həyat səviyyəsinin yüksəlməsi, ehtiyacı olan insanlara dövlət tərəfindən qayğının müxtəlif formalarda göstərilməsi, bu qayğının səmərəli şəkildə və şəffaf olaraq həyata keçirilməsi, ölkəmizdə sosial siyasətin uğurla həyata keçirilməsi haqqında fikir söyləməyə əsas yaradır.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hökumətinin başlıca məqsədi insanların rifahını daha da yaxşılaşdırmaq, ehtiyacı olanlara dövlət qayğısını daha da artırmaq və hər bir insanın layiqli həyatının təmin edilməsi üçün bütün lazımi şərtləri təmin etməkdən ibarətdir: "Prezidentin tapşırığı əsasında Azərbaycan hökumətinin müəyyənləşdirdiyi ümumi xəttə uyğun olaraq Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən işlər bütövlükdə insanlarımızın rifahının yaxşılaşdırılmasına, xüsusilə də qayğıya, köməyə ehtiyacı olan insanlarımızın bu qayğı və köməklə əhatə olunması kimi məqsədə xidmət etməkdədir".

Ə.Əhmədov qeyd edib ki, DOST adı alan bu xidmət insanlarımıza daha yaxşı xidmət göstərilməsi, daha doğrusu, ehtiyacı olan insanlara dövlət tərəfindən daha yaxşı xidmətin təmin edilməsi məqsədini güdür.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 710

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...