QHT və MEDİA
A- A A+

“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun tədbiri keçrildi

2018-11-14 10:30:42

Beynəlxalq Mətbuat Mərkəzində “Dünya” Ana və Uşaqlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində yekun tədbirini keçirib

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi.

“Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri və layihə rəhbəri Dünyaxanım Əliyeva layihənin həyata keçrilməsinə maliyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbirə qatılan iştirakçılara öz minnətdarlığını bildirdikdən sonra layihə çərçivəsində görülən işlər haqqında məlumat verərək bildirdi ki, Lerik, Astara, Xaçmaz və Şabran rayonlarında yaşayan 100 nəfər gənc və gənc ailə üzvünün iştirakı ilə təqdimat tədbirləri keçrildi, onlar arasında ailə dəyərlərimiz təbliğ edildi və regonlarda olan mövcud vəziyyət rayon ictimayyəti nümayyəndələri ilə müzakirə edildi. Mövcud problemlərin həlli istiqamətində hər bir görüşdə təkliflər səsləndirildi. Bizdə layihə komandası olaraq həmin təklifləri ümumiləşdirdik. Hər birinizi bu müzakirələrdə fəal olmağa çağırıram.

Daha sonra çıxış edən layihənin eksperti Nəsimi Məmiyev bildirdiki, uzun ömürlüyü və özünə xas xüsusiyyətləri ilə seçilən Azərbaycan ailəsi bu gün kənar təsirlərin nəticəsində deqradasiyaya uğrayır. Bu isə gələcəkdə dövlətimiz və millətimiz üçün ciddi problemlər yaşada bilər. Sağlam ailə, sağlam cəmiyyət deməkdir. Sağlam cəmiyyət isə güclü dövlət deməkdir. Biz gələcəkdə də dövlətimizi güclü, cəmiyyətimizi isə sağlam dəyərlər üzərində formalaşmasını istəyiriksə bu gün ki, Azərbaycan ailələrinə sahib çıxmalı, onları kənar təsirlərdən qoruyaraq uzun ömürlü ailə ənənələrimizə sahib çıxmalıyıq. Layihə rəhbərinin köməkçisi Taleh Əliyev hazırlanan təklifləri iştirakçıların diqqətinə çatdırdı.

1. Ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün gənclər arasında bir başa maariflənmə işinin aparılması üçün bundan sonrada bu tip layihələrin milli donorlar tərəfindən dəstəklənməsi;

2. Televiziya və radiolarda ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsi mövzusunda maarifləndirici verlişlərin hazırlanıb yayımlanması;

3. Yeni çəkilən yerli seriallarda ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsinin təbliğ edilməsi;

4. Müasir Azərbaycan ədəbiyyatında ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsinin təbliğ edilməsi;

5. Ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün müvafiq dövlət qurumları tərəfindən monitorinqlərin aparılması və təxirə salınmaz tədbirlərin həyata keçrilməsi;

6. Ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsi üçün ölkə qanunvericiliyinin təkminləşdirilməsi;

7. Ailə institutunun qorunması və nigah münasibətlərinin möhkəmləndirilməsi üçün orta təhsil müəssələrində maarifləndirmə işlərinin aparılması.

Sonra mövzu ətrafında müzakirələr davam etdirildi. Tədbir iştirakçııları fikirlərini bildirdilər

Toğrul

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 347

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...