QHT və MEDİA
A- A A+

“İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimatı olub

2018-11-09 14:45:55

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “İnkişafa Doğru” RSİİD İctimai Birliyinin təşkilatçılığı ilə tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı İsrafil Məmmədovun müəllifi olduğu “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimat mərasimi keçirilib

Fact-info.az QHT-az-a istinadən xəbər verir ki, layihənin rəhbəri İradə Rizazadə tədbiri açaraq İsrafil Məmmədovun yaradıcılığından söz açıb. Tədbirin İ.Məmmədovun 91 illiyinə təsadüf etdiyini qeyd edən İ.Rizazadə alimin Azərbaycan tarixi həqiqətlərinə dair yaratdığı əsərlərdən, xüsusən də İ.Məmmədovun indiki Ermənistan Respublikasının arxivlərindən əldə etdiyi məlumatlarla əsaslı faktlara söykənən dəyərli əsərlər yaratdığını qeyd etmişdir.

O, həmçinin nəşr olunan kitab haqqında məlumat verərək bildirmişdir ki, kitabda Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın ədəbi-bədii fikir, elmi-nəzəri düşüncə, ictimai təfəkkür, milli-mənəvi tarixindən, İrəvanda yaşayıb-yaradan ziyalılarımızdan, orada fəaliyyət göstərən mətbu orqanlardan və teatr tariximizdən söhbət açılır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud çıxış edərək alimi 91 yaşı münasibəti ilə təbrik etmiş və Azərbaycan tarixinə dair ictimai maarifləndirmə sahəsində xidmətlərinə görə alimə QHT-lərə Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanını təqdim etmişdir.

Tarixçi-alimlər Firdovsiyyə Əhmədova və Elmar Məhərrəmov da İ.Məmmədovun Ermənistan-Azərbaycan münaqişəsinə dair yazdığı əsərlərini, eyni zamanda İrəvanın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu tarixi faktlarlasübut edən bu kitabı yüksək qiymətləndirmişdirlər.

Xalq yazıçısı Mövlud Süleymanlı, QHT rəhbərləri Qorxmaz İbrahimli, Telman Qasımov, Əziz Ələkbərlivə digər ziyalılar çıxış edərək İsrafil Məmmədovla bağlı xatirələrini bölüşmüş, nəşr olunan kitabın Azərbaycan, xüsusən İrəvan torpaqları ilə bağlı tariximizin öyrənilməsində xüsusi yeri olduğunu vurğulamışlar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 705

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...