SİYASƏT
A- A A+

Minsk Qrupu: "Münaqişənin nizamlanması üzrə danışıqlar üçün etimadı qorumaq vacibdir"

2018-11-05 08:25:26

ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar üçün etimad mühitini qorumağın vacib olduğunu vurğulayıb. Trend-in məlumatına görə, bu barədə həmsədrlərin regiona səfərinin yekunları üzrə bəyanatında deyilir

Bəyanatda qeyd edilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiyadan İqor Popov, ABŞ-dan Endrü Şofer və Fransadan Stefan Viskonti, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə oktyabrın 29-dan noyabrın 2-dək regiona səfər ediblər: "Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan liderlərinin sentyabr ayında Düşənbədə MDB sammitinin kuluarlarında danışıqlarının yekunlarını müzakirə etmək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində növbəti addımları müəyyən etmək və yerlərdə vəziyyətin ümumi inkişafı ilə tanış olmaqdan ibarət idi".

Bildirilir ki, həmsədrlər oktyabrın 29-u Yerevanda baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanla, noyabrın 1-də isə Bakıda Prezident İlham Əliyevlə görüşüblər: "Onlar hər iki paytaxtda iki ölkənin xarici işlər nazirləri və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar. Bakıda həmsədrlər münaqişədən zərər çəkmiş Azərbaycan icmalarının nümayəndələri ilə görüşüblər. Həmsədrlər həmçinin regionda BQXK və BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinin nümayəndələri ilə vəziyyəti müzakirə ediblər".

Bəyanatda qeyd edilir ki, həmsədrlərlə görüşlərdə hər iki ölkənin liderləri bildiriblər ki, onların Düşənbədə gərginliyin azaldılmasına sadiqliyini təsdiqləmələrindən sonra gərginliyin səviyyəsi xeyli azalıb: "Məsləhətləşmələr zamanı həmsədrlər Düşənbədəki razılaşmanın həyata keçirilməsi, o cümlədən birbaşa əlaqənin qurulması barədə ətraflı məlumat alıblar.. Həmsədrlər bu hadisələri alqışlayıblar, konstruktiv tədbirlərin düzgün şəkildə həyata keçirilməsini yüksək qiymətləndiriblər və liderlərin dialoqu davam etdirməyə hazır olmalarını dəstəklədiklərini bildiriblər. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar üçün etimad mühitini qorumağın vacib olduğunu vurğulayıblar. Xarici işlər nazirləri ilin sonunadək bir daha görüşmək barədə razılığa gəliblər. Həmsədrlər ATƏT-in Daimi Şurasını və Minsk Qrupunun üzvlərini məlumatlandırmaq üçün yaxın zamanda Vyanaya yollanacaqlar".


Kateqoriya : SİYASƏT Baxış sayı : 215

QHT və MEDİA

2019-03-23 20:05:03

QHT və MEDİA
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...

Kimliyindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycanın ərazi bütövlüyünü q...

2019-03-21 19:10:44

QHT və MEDİA
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...