QHT və MEDİA
A- A A+

Vüqar Qədirov - Azərbaycanın beynəlxalq birliklərlə bərabərhüquqlu tərəfdaşlığı yüksək səviyyədədir

2015-08-03 10:50:44

Son illər siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən uğurlu tədbirlər ölkəmizin dünya birliyindəki reytinqini daha da artırıb

Xarici siyasət sahəsində əldə olunan nailiyyətlər Azərbaycanı dünya birliyində söz sahibinə çevirib. Nüfuzlu beynəlxalq qurumların tədbirlərini respublikamızda keçirmələri ölkəmizə göstərilən inam və etimadın  bariz nümunəsidir. Bu yaxınlarda başa çatmış birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də beynəlxalq birliyin ölkəmizə olan inamının nəticəsidir. Bu möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsi bir daha

göstərdi ki, Avropa Olimpiya Komitəsi belə bir qərar qəbul etməklə doğru yolda olduğunu təsdiqlədi. Bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də dəfələrlə vurğulayıblar.

“İlk Avropa Oyunları odlar diyarında 17 günlük möhtəşəm idman bayramı oldu”—deyən  Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu tədbirin gözləniləndən də yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir.

Təbii ki, ölkəmizin sürətli inkişafı, dünya birliyində nüfuz sahibi olması antiazərbaycan dairələrin ciddi təşvişinə səbəb olub. Ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin müxtəlif vasitələrə əl atmaları, yalan, böhtan xarakterli hesabatlar hazırlamaqla, nüfuzumuza xələl gətirmək cəhdləri heç bir fayda vermədi, verə də bilməzdi.

 Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq istəyən antiazərbaycan qüvvələr  həmişə bu kampaniyada qərəzli  beynəlxalq təşkilatlardan bir vasitə kimi istifadə ediblər. “Amnesty İnternational”, “Transparency İnternational”, “Human rights Watch”, “Sərhədsiz reportyorlar, “Freedom House” kimi muzdlu təşkilatlar heç bir fakta əsaslanmayan, şər-böhtanla dolu hesabatlarını sanki hazır vəziyyətdə saxlayıblar. Həm “Eurovision” mahnı müsabiqəsi, həm də birinci Avropa Oyunları zamanı bunun şahidi olduq. Ancaq dövlət başçısının məntiqli və düşünülmüş strategiyası nəticəsində böhtançılar aciz qaldılar. Onların səsini özlərindən və onlara himayədarlıq edənlərdən başqa kimsə eşitmədi. Mötəbər tədbirlərin yüksək səviyyədə keçirilməsi və bu zaman hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi, həm idmançıların, həm də turistlərin bu gün də ölkəmiz haqqında razılıqla danışmaları, yenidən Azərbaycana gələcəkləri barədə fikirlər səsləndirmələri bədxahlarımıza layiqli cavab oldu.

 İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bu məsələyə münasibət bildirərkən  ölkəmizə qarşı qərəzli olan və ikili standartlardan hələ də əl çəkməyən beynəlxalq təşkilatları kəskin tənqid etmiş və belə böhtanların bizim siyasətimizə heç bir təsir göstərməyəcəyini bildirmişdir. Respublikamızın rəhbəri bəyan etmişdir ki, bizim xarici siyasətimizin əsasını bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurmaq təşkil edir və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk.

Dövlət başçımız birinci Avropa Oyunları ərəfəsində və yarışlar davam edən zaman bəzi beynəlxalq təşkilatların, o cümlədən Almaniya Bundestaqının ölkəmiz haqqqında qətnamələr qəbul etməsinin qərəzli olduğunu bəyan etmiş və bunun ölkəmizə qarşı təzyiq vasitəsi olduğunu bildirmişdir. Prezident  Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamədə münaqişə ilə bağlı əks olunan bəndin də qərəzli olduğunu vurğulamışdır: “Qətnamənin mətnində məruzəçilər tərəfindən təklif edilmiş mətndə yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürürlər dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu nə deməkdir?! Bu, açıq-aydın antiazərbaycan mövqeyidir”.

 Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, hər dəfə respublikamızda nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi ərəfədə bunun daha da genişləndiyini deyən Prezident İlham Əliyev bəzi riyakar Qərb siyasətçilərinin, erməni pulları ilə özlərinə həyat quran konqresmenlərin, senatorların, islamofob düşüncəli siyasətçilərin Azərbaycana qarşı müharibə elan etdiklərini, bunun təməlində də paxıllığın və bəd niyyətin dayandığını diqqətə çatdırmışdır: “Bu gün əfsuslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm, yəni təkcə müsəlmanlara qarşı deyil bu hərəkət. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar birləşiblər. Eyni zamanda, Azərbaycanda beşinci kalonun qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər. Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur, ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz”.

 Dövlətimizin başçısı həmin qərəzli və şər-böhtan üzərində qurulmuş qətnamələrin bizim üçün adicə kağız parçası olduğunu bildirmiş və  heç vaxt onların kimsə tərəfindən  icra edilməyəcəyini vurğulamışdır. Ölkəmizin sürətli inkişafı, siyasi, iqtisadi və mədəni sahələrdə qazanılan uğurlar, həmçinin dünya birliyində mövqeyimizin getdikcə möhkəmlənməsi bir daha təsdiqləyir ki,  Azərbaycanla diktat dili ilə danışmaq mümkün deyil. Beynəlxalq təşkilatlar, həmçinin inkişaf etmiş dövlətlər  Azərbaycanla dost, tərəfdaş ola bilərlər. Ölkə başçısının həyata keçirdiyi xarici siyasətin prioritetini də bu təşkil edir.  Biz buna həmişə  hazırıq və gələcəkdə siyasi strategiyamızı  bu istiqamətdə quracağıq. Ona görə də bizim inkişafımızı gözü götürməyən qüvvələrin bütün cəhdləri iflasa uğrayacaq.

 Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1618

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...