QHT və MEDİA
A- A A+

“Separatizm dünya düzəninə təhdid kimi”

2018-10-04 08:50:39

Oktyabrın 3-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Separatizm dünya düzəninə təhdid kimi” mövzusunda beynəlxalq konfrans keçirilib

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov konfransı açaraq separatizmin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş əsas təhdidlərdən biri olduğunu bildirib. Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin hazırda qlobal arenada cərəyan edən separatizm proseslərinin beynəlxalq dialoq və dövlət quruculuğunun təməl dayaqlarını sarsıtdığını söyləyib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluq etdiyi “Separatizm nəzəri və hüquqi kontekstdə” mövzusundakı birinci paneldə Almaniyanın Boxum Rur Universiteti nəzdində fəaliyyət göstərən Sülh və Hərbi Münaqişələr üzrə Beynəlxalq Hüquq İnstitutunun aparıcı təhlilçisi Hans-Yoahim Hayntze, “Elcano” Kral İnstitutunun baş analitiki İqnasio Molina və Ankara Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Cavid Abdullazadə beynəlxalq hüquqda öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipi, məcburi sesessiya, habelə Avropada separatizm və Kataloniya məsələsinə dair məruzələrlə çıxış ediblər.

SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyevin moderatoru olduğu “Şərqi Avropa və Cənubi Qafqazda ərazi bütövlüyü və separatizm” mövzusundakı növbəti paneldə isə deputat Rasim Musabəyov, Serbiyanın Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun Avrasiya Tədqiqat Mərkəzinin sədri Duşan Prorokoviç, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun aparıcı elmi işçisi Giorgi Badridze və Moldova Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi Oktavian Taku mövzuya dair məruzə ediblər.(Azərtac0


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 528

QHT və MEDİA

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...