QHT və MEDİA
A- A A+

Beynəlxalq tədbirdə işğal altında qalan dini-mədəni abidələrimiz gündəmə gətirilib

2018-10-03 10:20:07

Tunisdə UNESCO ilə rəsmi tərəfdaşlıq edən Qeyri - Hökumət Təşkilatlarının (QHT) beynəlxalq forumu keçirilib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Miqrasiyaya fərqli baxış” mövzusunda keçirilən forumda Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Fazil Qasımov təmsil edib.

UNESCO ilə rəsmi tərəfdaşlıq edən QHT rəhbərləri, BMT və UNESCO ekspertləri, Tunisin hökumət rəsmiləri və insan haqları fəallarının iştirakı, Tunis hökumətinin himayəsində və İnsan Haqları üzrə Ərəb İnstitutunun ev sahibliyi ilə reallaşan forumda miqrasiyanı doğuran amillər, miqrantları göndərən və qəbul edən ölkələrdə miqrasiyanın nəticələri sosial, iqtisadi, mədəni aspektlərdən müzakirə olunub. UNESCO baş direktorunun müavini Nada Naşif forumun açılışında çıxış edərək, miqrantların sosial-iqtisadi inkişaf üçün vacib amil olduğunu bildirib. Aparılan müzakirələrdə Suriya böhranı, Afrika ölkələrindən Avropaya yollanan qanunsuz miqrantların Aralıq dənizində üzləşdiyi faciələr və digər humanitar məsələlərdə QHT-lərin vəzifələri qeyd edilib.

Ölkəmizi forumda təmsil edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Fazil Qasımov çıxış edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınan, işğal altındakı ərazilərində maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam mədəniyyətini əks etdirən dini-mədəni abidələrimizin erməni təcavüzünə məruz qaldığını, 63 məscidin tamamilə məhv edildiyini UNESCO ilə rəsmi tərəfdaşlıq edən QHT rəhbərlərinin diqqətinə çatdırıb. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi layihələr ilə, məcburi köçkünlərin qeyri-maddi mədəni irsinin mühafizəsi istiqamətində sistemli iş aparıldığını qeyd edən QHT rəsmisi, işğal altında qalan mədəniyyət abidələrimizin taleyindən narahatlığını ifadə edib və münaqişə zonalarında maddi mədəniyyət abidələrinin monitorinqini təmin edən beynəlxalq mexanizmlərin qurulmasının vacibliyini vurğulayıb. Fazil Qasımov, ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olduğunu, qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə sosial layihələrin icra edildiyini vurğulayıb. Qeyd edək ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş forumda 58 ölkəni təmsil edən 100-dən çox QHT rəsmisi iştirak edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 324

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...