MƏDƏNİ
A- A A+

“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb

2018-09-26 08:20:08

Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də “Azər-İlmə” Xalçaçılıq Mərkəzində olub

AZƏRTAC xəbər verir ki, ali qonaq burada xalçaçılıq emalatxanasına, tədris mərkəzinə və “Sehrli ilmələr” qalereyasına baxıb. Monqolustan Prezidentinə məlumat verildi ki, respublikanın müstəqilliyinin ilk illərində yaranmış “Azər-İlmə”nin əsas məqsədi Azərbaycanın dərin tarixi köklərə malik xalçaçılıq sənətinin ənənələrini yaşatmaq və beynəlxalq miqyasda təbliğ etməkdir. Burada peşəkar xalçaçı-rəssamlar, toxucular, bərpaçı və boyaqçılardan ibarət yaradıcı kollektiv çalışır. Azərbaycan xalçalarının Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında toxunan yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli yun və ipək xalçalar ABŞ, Almaniya, Rusiya, Fransa, Türkiyə, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və s. kimi ölkələrdə milli xalçaçılıq sənətimizi layiqincə təmsil edib, yüksək mükafatlara layiq görülüb.

Bildirilib ki, Mərkəzdə xalçaçılıq tarixinə dair elmi-fundamental tədqiqatların nəticəsi olaraq müxtəlif kitablar, broşürlər, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı nəşr olunur, televiziya filmləri istehsal edilir. Azərbaycan Milli Elmlər Akademiyasının “Xalçaşünaslıq” sektoru da məhz “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin bazası əsasında fəaliyyət göstərir.

Ali qonaq “Sehrli ilmələr” qalereyasında saxlanılan Azərbaycanın qədim xovlu və xovsuz xalça nümunələri ilə tanış oldu. Sonra Prezident Xaltmaaqiyn Battulqa xalça emalatxanasında Azərbaycan xalçalarının toxunma prosesinə baxdı. Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaratdı


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 481

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...