SİYASƏT
A- A A+

Ərdoğanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində Dağlıq Qarabağ münaqişəsini qaldırması qardaş ölkənin münaqişənin həllində Azərbaycanın yanında olduğunu sübut edir

2018-09-04 08:35:25

.

Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Çünki bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir.

Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövləti ilə münasibətləri daha da inkişaf etdirərək, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxışında Dağlıq Qarabağ münaqişəsini qaldırması bir daha Türkiyənin dost ölkə kimi hər zaman Azərbaycanın yanında olduğunu sübut etdi. Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz və mübarizəmizin bir olması yaxın illərdə regionda iki qardaş ölkənin timsalında güc mərkəzlərinin yaranacağını özündə ehtiva edir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov


Kateqoriya : SİYASƏT Baxış sayı : 359

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...