SİYASƏT
A- A A+

"Merkelin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək"

2018-08-24 18:15:31

.

"Bu gün Avropa İttifaqı, o cümlədən, quruma üzv ölkələrlə qarşılıqlı faydalı münasibətlər qurmaq və mövcud əlaqələri daha da dərinləşdirərək inkişaf etdirmək Azərbaycanın xarici siyasət kursunda əsas istiqamətlərdən birini təşkil edir. Bu sırada Almaniya mühüm yerlərdən birini tutur. Almaniya Avropanın əsas güc mərkəzlərindən biridir və bu ölkə Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Ölkəmiz də öz növbəsində Almaniya ilə münasibətlərin daha da genişləndirilməsində maraqlıdır. Hesab edirəm ki, Azərbaycan-Almaniya münasibətləri ötən illərdə inkişaf edib, yeni əməkdaşlıq imkanlarının yaradılması üçün də gözəl perspektivlər var". Bu fikirləri 525.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. Vüqar Rəhimzadə qeyd edib ki, Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gəlməsi mühüm hadisədir:

"Cənubi Qafqaz regionu bu gün aparıcı dövlətlərin, dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Bunun əsas səbəblərindən biri Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri ilə bağlıdır. Regiona və dünyaya sülh, sabitlik gətirən bu layihələr, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amil kimi qiymətləndirilir.

Ölkəmizin təşəbbüsü ilə uğurla reallaşdırılan "Cənub Qaz Dəhlizi" layihəsini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Qitələri birləşdirən bu layihə tərəfdaş ölkələrə böyük fayda verəcək. Almaniya da "Cənub Qaz Dəhlizi" layihəsinə böyük maraq göstərir. Şübhəsiz, Almaniya kansleri xanım Angela Merkelin səfəri zamanı əsas müzakirə mövzularından biri də məhz enerji məsələləri olacaq". "İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, Azərbaycanla Almaniya arasında çox fəal siyasi dialoq mövcuddur: "Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, ədalətli şəkildə həllinin tərəfdarıdır.

Hesab edirəm ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək".


Kateqoriya : SİYASƏT Baxış sayı : 293

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...