SİYASƏT
A- A A+

Elmar Məmmədyarov: "Xəzər sülh və əməkdaşlıq zonasıdır"

2018-08-07 09:05:34

"Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmaq üçün böyük iş görüblər"

"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanda keçiriləcək qarşıdakı Xəzər sammitində Konvensiyanın mümkün imzalanması məsələsini şərh edərkən deyib. "Uzun illər ərzində görülən işlər nəticəsini verib və biz Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması səviyyəsinə çatmışıq. Bu, Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının V sammitində onun imzalanması üçün bütün zəruri şəraiti yaradıb", - E.Məmmədyarov bildirib. Onun sözlərinə görə, bütün ölkələrin Konvensiyanın mətni ilə bağlı iradları olub və bu, hüquqi sənədlərin hazırlanması zamanı adi beynəlxalq təcrübədir. E.Məmmədyarov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Konvensiyanın hazırlanması üçün 1996-cı ildən bəri bu formatda 51 görüş keçirildiyini xatırladıb. Xəzəryanı ölkələrin Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakına icazə verilməməsi barədə razılaşmasından danışan XİN başçısı bildirib ki, tərəflər Konvensiyada müəyyən edilmiş müddəalara tam sadiq qalmalıdırlar: "Xəzər dənizində sərhədyanı olmayan ölkələrin silahlı qüvvələrinin iştirak etməməsi belə maddələrdən biridir. Ümumilikdə, sənəd Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonası olduğunu bildirir. Xəzər dənizi ölkələrimizi imkanlarını genişləndirərək birləşdirən, milli iqtisadiyyatı inkişafı etdirmək üçün optimal şərait yaradan körpüdür və belə də qalmalıdır".


Kateqoriya : SİYASƏT Baxış sayı : 629

QHT və MEDİA

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

2019-12-04 09:55:35

QHT və MEDİA
"Parlament seçkilərinin keçirilməsi təkl...
"Parlament seçkilərinin keçirilməsi təkl...

Yeni AZƏRBAYCAN partiyası (YAP) parlamentdə təmsil olunan üzvlərinə parlament...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...