TƏDQİQATLAR
A- A A+

Tarix İnstitutunda strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb

2018-07-31 10:50:58

.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun elmi şurasının qərarına əsasən, bu elm müəssisəsində strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb. Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, yeni mərkəz Azərbaycanın ümumdünya tarixindəki yeri və roluna dair prioritet istiqamətləri müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın türk-müsəlman dünyasındakı yeri və roluna, xüsusilə strateji coğrafi məkan olaraq əhəmiyyətinə dair araşdırmalara diqqət yetirəcək. Bu mərkəz vasitəsilə xalqımızın tarixi xarici ölkələrdə, o cümlədən Türkiyə və digər türkdilli respublikalarda doğru-düzgün təbliğ ediləcək. Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Tarix İnstitutu ilə Türkiyənin Strateji Düşüncə İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədə əsasən, Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixinə dair strateji əhəmiyyəti olan problemlər müəyyənləşdiriləcək və bu istiqamətdə birgə tədqiqatlar aparılacaq. Həmçinin sentyabrda Bakıda Tarix İnstitutunun və Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub. Konfransda Qafqazın, Mərkəzi Asiyanın və Volqaboyu türk xalqlarının tarixinə dair məruzələr dinləniləcək. Tədbirdə dünyanın tanınmış tarixçi alimlərinin iştirakı gözlənilir.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 759

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...