QHT və MEDİA
A- A A+

Azərbaycan prezidenti Milli Mətbuatın 140 illiyi münasibətilə jurnalistlərə mesaj verdi

2015-07-22 09:05:10

"Ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izləyirəm və dərhal da reaksiya verirəm".

Bu sözləri Prezident İlham Əliyev iyulun 21-də Azərbaycan Milli Mətbuatın 140 illik yubileyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edərkən bildirib.
İ.Əliyev Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik edib, 
bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunubildirib.

Dövlət başçısı Azərbaycanda 1998-ci ildə senzuranın ləğv olunmasının müstəqil medianının yaranması və inkişafı üçün təkan olduğunu deyib, bundan sonrakı mərhələdə isə özünü tənzimləmə strukturu kimi Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirib: "Mətbuat Şurası jurnalistlərin hüquqlarını qoruyur, iqtidarla mətbuat arasında körpü rolunu oynayır."
Prezident İlham Əliyev eyni zamanda mediada olan qeyri-peşəkarlıq meyllərinə də toxunaraq deyib ki, Azərbaycan mediası illər keçdikcə özünü daha da peşəkarlaşdırır, əvvəlki illərdə mövcud olan qeyri-etik yazılar, təhqiramiz materiallar yavaş-yavaş azalır, media daha çox milli mövqedən çıxış edir.
"Mən medianın müxtəlif sahələri tənqid etməsini təqdir edirəm. Bəzən özüm də müxtəlif tənqidi məqamları, çatışmazlıqlarla bağlı məsələləri mediadan öyrənirəm, bununla bağlı müxtəlif göstərişlər verirəm. Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir”.

Prezident medianın beynəlxalq əlaqələrinə də toxunub, medianın maddi-texniki bazasının gücləndirilməsi, peşəkarlığı ilə yanaşı, beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanda internetin azad olduğunu, internet medianın daha çox dildə fəaliyyət göstərməsi, daha çox ölkədə müxbir məntəqələrinin olmasını təqdirəlayiq hal sayıb.
Prezident bildirib ki, medianın beynəlxalq əlaqələrinin gücləndirilməsi, transmilli, digər ölkələrin media orqanları ilə əlaqələrinin qurulması, həmçinin erməni diasporunun Azərbaycana qarşı apardığı mübarizənin qarşısının alınması üçün Azərbaycan mətbuatı öz fəaliyyətini daha da gücləndirməlidir.
Bunun media ilə bağlı prioritet sayılan məqamlardan biri olduğu qeyd edilib. 

 
 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 2322

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...